XİN-dən Azərbaycana qarşı tənqidi bəyanatlara cavab
Tarix: 02.09.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamentinin, Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların bəyanatlarına cavab verib.XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Xədicə İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 1 sentyabr 2015-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılıb:
“Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik. Təəssüflər olsun ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir.Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır. Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apelyasiya qaydasında müraciət hüququ təsbit edilib”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info