Tovuzda hamı bu 15 yaşlı tələbədən danışır
Tarix: 02.09.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Ali məktəblərə daxil olmuş məzunlarımız bir neçə gündür tələbə adını daşımağın sevincini yaşayırlar. Bu sevinci onlarla həm valideynləri, həm də müəllimləri bölüşürlər. Tovuz rayonunun Alakol kəndində yaşayan İbrahimovlar ailəsi də ən sevincli günlərini yaşayır. Belə ki, 15 yaşlı Elnur İbrahimov tələbə adını qazanaraq İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə, onun uşaqlıq dostu, bibisi oğlu, 11 il bir partada yanaşı oturduğu Rəşad Yaqublu isə Tibb Universitetinə daxil olub. İndi doğulub, boya-başa çatdıqları eldə-obada hamı bu gənclərdən danışır. Biz də həm onların sevincinə şərik olmaq, həm də bu fenomen gənclərlə yaxından tanış olmaq üçün İbrahimovlar ailəsində olduq.
Elnurun bibisi, həm də ibtidai sinif müəllimi olmuş Qətibə İbrahimova söhbət əsnasında söylədi ki, oğlu Rəşad 1-ci sinfə gedəndə Elnur inadkarlıq edərək onunla birlikdə məktəbə yollanıb. Onu nə qədər dilə tutsalar da bu, 5 yaşlı uşağı inadından döndərmək mümkün olmayıb. Beləcə, Elnur Rəşadla birlikdə məktəbə gedib-gəlib. Yaşının az olmasına baxmayaraq digər uşaqlardan bacarıq və istedad ilə fərqlənib. Məktəb direktorunun səyi nəticəsində Elnurun məktəbli kimi rəsmiləşdirilməsi mümkün olub.
Bildirilib ki, bu iki gənc birinci sinfi Alakol kəndində oxusalar da, orta məktəbi qonşu Əhmədabad kəndində başa vurublar.
Əhmədabad kənd tam orta məktəbin direktoru Novruz Kamalov söhbət əsnasında deyib: “Onların hər ikisi bizə başucalığı gətirdi. Elnur İbrahimov bəlkə də ölkənin ən gənc tələbəsidir. Sevinirəm ki, onların yetişməsində mənim və rəhbərlik etdiyim kollektivin əməyi var”.
E.İbrahimov da öz növbəsində bütün müəllimlərinə öz minnətdarlığını bildirərək, deyib ki, bu təkcə onun və Rəşadın deyil, bütün müəllimlərinin uğurudur.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info