Əcnəbi turistlərin Qax rayonuna növbəti səfəri təşkil olunub
Tarix: 02.09.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Gwen Berçel: “Azərbaycanın qədim tarixi abidələri ilə tanış olduğuma görə çox şadam”

Britaniya turizm korporasiyası “AirTrips.com”un dəstəyi ilə Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədovun (İlisuyski) və Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü fotoqraf Rüfət Əliyevin təşəbbüsü ilə “Tour d`Qax” layihəsi həyata keçirilib. Rüfət Əliyev tərəfindən dəvət edən qonaqlar Qax rayonunun qədim abidələri ilə tanış olublar.
Böyük Britaniyanın kavalerı Gwen Berçel turla bağlı öz fikirlərini bildirib: "Mən Qaxa, eləcə də İlisuya birinci dəfə səfər edirəm və indi burda olduğuma görə, Azərbaycanın qədim tarixi, eləcə də xanların və sultanların abidələri ilə tanış olduğuma görə çox şadam. Bura çox gözəldir. Mən öz oğlum ilə bura səfər etdim. Çalışacam ki, mənim oğlum oxuyan məktəbinin şagirdləri də öz valideynləri ilə İlisuya və ümumiyyətlə, Qax regionuna ailəvi səfər etsinlər. Buraları görmək lazımdı, buranı başqa xalqara tanıtdırmaq lazımdır".
Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov (İlisuyski) qonaqlara Qax rayonunun tarixi abidələri haqqında ingilis dilində məlumatları verib.
Nəzərə çatdıraq ki, “Tour d`Qax” layihəsi 2015-ci ilin dekabrının axırına qədər öz böyük endirim paketləri və geniş ekskursiyaları ilə Azərbaycan vətəndaşlarını və xaricdən gələn qonaqları sevindirəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info