MTN “İŞİD”-ə bağlı qrupu zərərsizləşdirib
Tarix: 02.09.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulublar.
Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər ki, faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxslər - Şirxan Xasaylı, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov barəsində, habelə cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəyyən edilib ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (“İŞİD”) terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
Məlumat üçün bir daha bildirilir ki, yuxarıda göstərilən cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarını ayıq-sayıq olmağa, milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərdən və milli maraqlara yad təsirlərdən kənar durmağa çağırır.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info