“Hər kəs üçün təhsil” kampaniyası Lənkəranda
Tarix: 02.09.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


ADDIM gənclər təşkilatı və Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Lənkəran şəhərində yeni tədris ili və Beynəlxalq Savadlılıq Günü ərəfəsində ilk dəfə məktəbə gedən, ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub.
Tədbirdə Günün mahiyyəti və hər iki gənclər təşkilatının “Hər kəs üçün təhsil” kampaniyası çərçivəsində gördüyü işlərə dair təqdimatlar edilib. Həmçinin bu il ibtidai sinfə qədəm qoyacaq şagirdlərə dərs ləvazimatları hədiyyə olaraq paylanılıb.
Tədbirdə iştirak edən ADDIM gənclər təşkilatının sədri Hüseyn Cavadzadə yeni tədris ilində məktəblilərə müvəffəqiyyətlər arzulayıb: “Bu gün əhalinin əhəmiyyətli hissəsini təşkil edən region gəncləri ölkənin əsas innovativ potensialı və əmək resursudur və bu resursların cəmiyyətə faydalılığını təmin etmək biz müəllimlərdən asılıdır. Bir müəllim olaraq şagirdlərimiz üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və yeni tədris ilinin əsas hərəkətverici qüvvəsi olan müəllimlərə uğurlar arzu edirəm”.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Beynəlxalq Savadlılıq Gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. “Şagirdlərimiz bilməlidirlər ki, Mərkəz olaraq hər zaman savad almağın insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayırıq”, - deyə o əlavə edib.
Daha sonra Lənkəran Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı sakinlərə təqdim olunub. Konsert proqramında Mədəniyyət mərkəzinin rəqqas və ifaçıları eləcə də tədbirdə qonaq qismində “Azərbaycanın Səsi” layihəsinin finalçısı Əminə Bağırova çıxış edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info