Ayaqqabı seçərkən diqqətli olun
Tarix: 05.02.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Trend”in məlumatına görə, Rusiyanın Lapino Kliniki Qospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar. Onların fikrincə, yastıdaban ayaqqabılar ayaq barmaqlarının əyilməsi və onurğa yırtıqlarının əmələ gəlməsinə səbəb olur. Hündürdaban ayaqqabılar isə, sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır.
Araşdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabılar bir çox hallarda topuğun sınığı, pəncələrin çıxığı və ya burxulması ilə müşayiət olunur. Hündürdaban ayaqqıbılarda tez-tez yıxılmalar baş verir ki, bu da baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmasına səbəb olur.
Belə zədələnmələr uzunmüddətli müalicə tələb edir. Hündürdaban ayaqqabı həvəskarları ağır cərrahi müdaxilə tələb edən müxtəlif ağır dərəcəli topuq deformasiyalarından əziyyət çəkirlər.
Lakin həkimlər yastıdaban ayaqqabılara da həddindən artıq aludə olmamağı məsləhət görürlər. Çünki belə ayaqqabılar ayağın alt hissəsinin köndələn-uzununa yastı olmasının, Axilles vətərində (baldır əzələlərinin dabana bağlı olan vətər) qeyri-normal dəyişikliklərin, tromboflebitin (venaların divarının iltihabı) inkişafına, baş barmağın, daha ağır hallarda isə bütün barmaqların əyilməsinə gətirib çıxarır.
Yastıdaban ayaqqabılar eyni zamanda bütün bədənin statik vəziyyətinə təsir edərək onurğanın əyilməsinə səbəb olur. Bu da öz növbəsində, onurğa yırtıqlarının formalaşması ilə nəticələnir.
Beləliklə, məlum olur ki, hər gün istifadə etdiyimiz və geyimimizin ən mühüm aksessuarlarından olan ayaqqabılarımızın düzgün seçimi orqanizmimizin sağlamlığı üçün çox mühümdür.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info