“Ermənistan nə qədər insanlıqdan kənar mövqedədir ki, hətta toy çadrını belə atəşə tutmaqdan çəkinmir“
Tarix: 02.09.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Ermənistan nə qədər insanlıqdan kənar bir mövqedədir ki, hətta toy çadrını belə atəşə tutmaqdan çəkinmir”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib ki, dünənki insident onu göstərir ki, atəşkəs rejminin mövcud olmasına baxmayaraq heç də insanlar dinc dövrdə yaşamırlar və hər gün təmas xəttində bu cür təxribatlar insan həyatına, onların əmlakına ziyanla nəticələnir: “Növbəti bu cür hadisə də çox ciddi narahatlıq doğurur. Bu onu göstərir ki, bu münaqişənin mövcudluğu, region üçün, dünya üçün çox böyük təhlükə olaraq qalır və Minsk Qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən yalnız danışmaqdansa, bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir. Çünki biz hər zaman görürük ki, münaqişədən söhbət gedərkən yalnız bu insidentlərin aradan qaldırılması yollarının, mexanizmlərinin tapılmasına daha çox diqqət yetirilir. Hətta belə bir diqqət olduğu halda da bu insidentlər davam edir”.
B.Muradova vurğulayıb ki, nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, Azərbaycan vətəndaşları daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar ki, Minsk Qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər.
Qeyd edək ki, erməni silahlı birləşmələri tərəfindən sentyabrın 1-də Tərtər rayonunda toy çadırının atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info