Bələdiyyələrin problemlərinə həsr olunmuş seminar keçirilib
Tarix: 02.09.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə bu gün “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd əmlak vergisinin yığılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi və mövcud problemlərdən çıxış yollarını müəyyən etmək olub.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycanda əksmərkəzləşdirmə siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətlərinə toxunaraq bələdiyyələrin Prezident İlham Əliyevin may ayındakı sərt tənqidindən tədricən nəticə çıxardıqlarını dilə gətirib.
O qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir: “Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisiylə bağlıdır. Qeyd edilməlidir ki, bu istiqamətdə müntəzəm olaraq addımlar atılır və yeniliklər tətbiq edilir və təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübə, tətbiq etdiyi yenilik əmlak vergisinin yığımında bu sahədə mövcud olan problemlərin həllində çıxış yollarından biri kimi qəbul etmək olar”.
Nəsimi bələdiyyyəsinin sədri Nazim Qaraxanov isə çıxışında əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib: “Bu gün artıq bələdiyyəmiz nəğdsiz ödəmədə ilk olaraq onlayn ödəməyə keçidi reallaşdırıb. Bundan əlavə "E-manat" sistemində ilk olaraq Nəsimi bələdiyyəsinin ödənişini həyata keçirmək mümkün olacaqdır. Qeyd edək ki, bütün bunlar bələdiyyənin daxili imkanları hesabına mümkün olub”.
O təkliflə çıxış edərək qeyd edib ki, qanunvericiliyə “vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə” vergi ödəməlıdirlər. Maddəyə bu fikrin salınması bələdiyyələrin büdcə gəlirlərin xeyli təsiri olacaq.
“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli əmlak vergisinin yığımıyla bağlı yeniliklərdən danışıb: “Nəsimi bələdiyyəsinin bu addımı alqışa layiqdir. Üstəlik "E-manat"ın tətbiqi də maraqlı məqamdır. Bu gün bələdiyyələrin qarşılaşdığı digər problem əmlak vergisinin tətbiqi, xüsusilə sənədsiz mənzillərə hüquqi statusun verilməsi bağlıdır. Bu bələdiyyələr hüquqi statusu olmayan mənzillərdən hər hansı vergi yığa bilmir. Qeyd edim ki, sənədsiz mənzillərin qeydiyyatına start verilib. Lakin onun icrası, eləcə də bilavasitə bələdiyyələrə daxil olacaq vəsaitdə ləngiyir. Nəzərə alsaq ki, bu gün Bakı və Bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var. Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etsək rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kv.metr yaşayış sahəsi təşkil edir. Demək, Bakı bələdiyyələri il ərzində orta hesabla 1,2 milyon manat vəsaiti itirirlər. Təsəvvür edin ki, bu məbləğə kifayət qədər böyük layihələr icra etmək mümkündür. Adi görünə bilən bir detalın icra olunmaması həm bələdiyyələrə, həmdə vətəndaşlara nə qədər mənfi təsir edir".
Onun fikrincə, mövcud problemlərin həlli yalnız bu prosesləri koodinasiya edə biləcək orqanın yaradılması da daxil olmaqla kompelks şəklində öz həllinin tapmalıdır: "Biz bələdiyyə tərəfindən həyata keçirilən yeniliklərdən, onların qarşılaşdığı problemlərdən danışdıq. Amma unutmayaq ki, bələdiyyələrin özündə də ciddi problemlər var. Bu mövcud bələdiyyələrin hamısına şamil olunmasa da kifayət qədər bələdiyyələrimizin maarifləndirləməsinə ehtiyac vardır”.
Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis üzvləri, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin bu sistemi tətbiq etməsini və bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırmaq məqsədiylə yerli ğözünidarəetmə strategiyasının hazırlanmaısına ehtiyac olduğunu vurğulayıblar.
Tədbirin sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə işıq üzü görən “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” adlı kitab geniş ictimaiyyətə təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info