Böyük əhəmiyyətə malik yolun tikintisi davam edir
Tarix: 02.09.2015 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə nəinki paytaxt Bakıda, həmçinin regionlarda da kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun əsaslı şəkildə tikintisi işləri davam etdirilir. Tikinti işləri şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır.
Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun uzunluğu 54 kilometrdir. Hazırda yolun III texniki dərəcəyə uyğun yenidənqurulması işləri davam etdirilir. Layihə üzrə yolun hərəkət zolaqlarının sayı 2 olmaqla ümumi eni 12 metrdir. Bura 8 metr yolun hərəkət hissəsi, hər tərəfdə 2 metr olmaqla çiyinlər daxildir. Asfalt-beton örtüyünün qalınlığı 25 santimetrdir.
Hazırda layihə üzrə sözügedən yolda bir-neçə istiqamətdə işlər aparılır. Belə ki, Padardan Şamaxı istiqamətinə 0-10-cu kilometrliyində işlər tam olaraq yekunlaşdırılıb. 10-27-ci kilometrlik hissəsində 3 qat asfalt-beton örtük döşənərək, çiyinlər bərkidilib. Yolun 27-37-ci kilometrlik hissəsində mövcud yol yatağı 2,5-3,5 metr qazılır, sağlamlaşdırma işləri gedir. Yararsız torpaq çıxarılaraq yerinə karbonat material doldurulur və üzərinə qırmadaş qarışığı ilə əsas tikilir. Bundan başqa sürüşmə zonasında əlavə tədbirlər görülərək, su axıdıcı qurğuların tikilməsi nəzərdə tutulur.
Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun 39-cu kilometrliyindən Şamaxıya doğru 6 kilometrlik hissədə artıq 3 qat asfalt-beton örtük döşənib və bu istiqamətdə işlər davam etdirilir. 45-53-cü kilometrlik hissədə isə yol yatağının əsası tikilir. Yolun 54-cü kilometrlik hissəsində sel daşqınlarının qarşısını almaq üçün kiçik su ötürücüləri tikilir. Yolda ümumilikdə 45 su ötürücüsü və 2 alt keşidin inşası aparılır.
Layihənin əhəmiyyəti kifayət qədər böyükdür. Çünki sözügedən avtomobil yolu yenidənqurulandan sonra cənub və aran rayonlarından Şamaxı şəhərinə və əksinə məsafə dəfələrlə qısalacaq. Bu layihənin reallaşması yol üzərində yerləşən yaşayış məntəqələrinin inkişafı baxımından da çox böyük əhəmiyyət daşıyır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info