“Ermənistanın toy mərasimini qəsdən atəşə tutması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”
Tarix: 02.09.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Ötən gün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi ərazisində mülki insanların kütləvi şəkildə cəmləşdiyi toy mərasimini qəsddən atəşə tutması və nəticədə aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən birbaşa və qəsddən mülki şəxslərə qarşı hücumlar qəti şəkildə qadağan edillib:
“Silahlı münaqişələr vaxtı mülki əhali, o cümlədən fərdi mülki şəxslər heç bir halda silahlı hücumun hədəf obyekti ola bilməz. Beynəlxalq cinayət hüququna uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qəsddən törətdiyi bu əməl müharibə cinayətidir”.
H.Hacıyev vurğulayıb ki, bu fakt bir daha ona dəlalət edir ki, Ermənistan beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etmək, insanlığa xas etik və mənəvi davranışdan tamamilə uzaqdır:
“Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayəti törətmiş Ermənistanın mülki və hərbi rəhbərliyi üçün mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi artıq adət halına çevrilmişdir. Hələ 8 mart 2011-ci ildə Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdi”.
XİN rəsmisi bildirib ki, son hadisə də daxil olmaqla, Ermənistanın bu kimi məsuliyyətsiz və cinayətkar davranışı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır:
“Ermənistanın məqsədyönlü şəkildə atəşkəs rejimini pozması və cəbhə xəttində vəziyyəti qəsddən gərginləşdirilməsi, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatçı əməllər törətməsi, ayrı-seçkilik qoymadan mülki əhalini belə qəsddən silahlı hücuma məruz qoyması, eləcə də bu günlərdə işğal edilmiş ərazilərdə yaradılmış qondarma kriminal rejimin “müstəqilliyi” adı altında Ermənistanın siyası rəhbərliyinin iştirakı ilə Xankəndi şəhərində tədbir təşkil etməsi, 13 sentyabr tarixində qondarma rejimin “yerli idarətetmə orqanları”na qurama “seçki”lər keçirməsi kimi təxribatçı siyasəti bir daha onu sübut edir ki, Ermənistanın əsl məqsədi Azərbaycan ərazilərinin işğalını və mövcud status kvonu davam etdirməkdir”.
H.Hacıyev əlavə edib ki, Ermənistanın təcavüz və işğala əsaslanan bu siyasəti münaqişənin həlli prosesinə və regionda sülh və sabitliyin bərqərar olmasına bilavasitə təhlükədir:
“Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, yaranmış bu vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Ermənistan tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu son müharibə cinayəti əməli də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaqdır”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info