“Bələdiyyələrin inkişafı üçün xüsusi dövlət yardımı proqramları hazırlanmalıdır”
Tarix: 02.09.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda bələdiyyələr əmlak vergisinin yığılması məsələsində dayandığı yerdən çıxmalıdır. Çünki bələdiyyələrin əsas maliyyə mənbəyi əmlak vergiləridir. Bələdiyyə vergilərinin toplanmasında bütün bələdiyyələr fəaliyyətlərini bu sahəyə yönəltməli, maliyyə imkanlarını artırmaqla qarşıda duran vəzifələri yerinə yetirməlidirlər.
Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda keçirilən seminarda deyib.
"Azərbaycanda əksmərkəzləşdirmə siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətləri" mövzusunda çıxış edən M.Səlimzadə qeyd edib ki, ölkədə həyata keçirilən əksmərkəzləşdirmə siyasəti uğurla davam edir: "Lakin Azərbaycanda bu sahədə xeyli irəliləyişin olmasına baxmayaraq, hələ də əksmərkəzləşdirmənin lazımi səviyyəsini təmin etmək üçün kifayət qədər istifadə olunmamış imkanlar mövcuddur. Hüquqi sistemin daha da inkişaf etdirilməsi və yerli özünüidarəetmə sahəsində Avropa Xartiyasının müddəalarına tam əməl edilməsinə nail olunması, yerli özünüidarəetmə orqanlarına lazımi funksional səlahiyyətlərin verilməsi məsələsinin həll olunması, bələdiyyələrin sayının çox olması nəzərə alınaraq birləşmə prosesinin davam etdirilməsi, maliyyə resurslarının yerli büdcə problemini həll edə biləcək səviyyəyə qədər artırılması, büdcə əksmərkəzləşdirilməsi proseslərinin gücləndirilməsi, müxtəlif səviyyə büdcələri arasında transferlərin şəffaflığının artırılması və s. ilə bağlı problemlər aradan qaldırılmalıdır".
Mərkəz rəisinin fikrincə, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının qarşısına çıxan və yerli özünüidarəetmə institutunun inkişafında müəyyən problemlər mövcuddur: "Ona görə də ölkədə yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Hesab edirik ki, dünyada mövcud olan müxtəlif əksmərkəzləşdirmə modellərini, həmçinin yerli reallıqları və dövlət idarəetmə ənənələrini nəzərə almaqla, Azərbaycanın özünəməxsus əksmərkəzləşdirmə strategiyası işlənib hazırlanmalıdır. Belə ki, respublikamızda hakimiyyətin müxtəlif səviyyələrinin qarşılıqlı fəaliyyəti dəqiq məqsədlərə və vəzifələrə malik ümumdövlət strategiyasına əsaslanmalıdır. Belə aydın və rasional münasibətlərin olmaması ölkənin inkişafının uzunmüddətli məqsədlərinin reallaşdırılmasına mənfi təsir göstərə bilər, müxtəlif mənfi nəticələrin meydana gəlməsinə səbəb ola bilər. Strategiyanın məqsədi - dövlət idarə etməsinin əksmərkəzləşdirilməsinin əsas istiqamətlərini, yollarını və üsullarını müəyyənləşdirmək və səmərəli yerli özünüidarəetmə sistemini inkişaf etdirməkdən ibarət olmalıdır ki, bu da Azərbaycanda hüquqi demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biridir".
Onun sözlərinə görə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlət idarəetmə funksiyalarının əksmərkəzləşdirilməsi ilə sıx bağlıdır: "Buna görə də bələdiyyələrin müstəsna funksiyaları qanunvericiliklə müəyyənləşdirilməli və funksiyaların yerinə yetirilməsi üçün dövlət onları tələb olunan büdcə vəsaitləri və mülkiyyətlə təmin etməlidir".
M.Səlimzadə bildirib ki, Azərbaycanda həyata keçirilən əksmərkəzləşdirmə siyasəti bələdiyyələrdə hesabatlılığın, cavabdehliyin gücləndirilməsi idarəetmənin səmərəliliyinin artırılması və maliyyə müstəqilliyinin təmin edilməsinə şərait yaratmalıdır: "Bu baxımdan əksmərkəzləşdirmə siyasəti yerli özünüidarəetmənin inkişafının maliyyə-iqtisadi, təşkilati və hüquqi aspektləri ilə bağlı bir sıra məsələləri əhatə etməlidir".
Mərkəzin rəisi qeyd edib ki, bələdiyyələrdə əhaliyə lazım olan həcmdə ictimai xidmətlərin göstərilməsini təmin edə biləcək bələdiyyələrdə zəruri maliyyə-iqtisadi bazasının olmaması yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biridir: "Bu sahədə əsas çatışmazlıqlar bütün səviyyədə büdcələrin formalaşdırılması sisteminin qeyri-şəffaflığı, həvalə olunmuş səlahiyyətlərlə onların yerinə yetirilməsinə ayrılmış maliyyə vəsaitlərinin uyğunsuzluğu, yerli büdcələrin formalaşdırılmasında xərc prinsiplərindən istifadə olunmasından ibarətdir. Bu, büdcə prosesinin bütün iştirakçılarını büdcə vəsaitlərinə qənaət etməkdənsə, bu vəsaitləri daha çox xərcləməkdə maraqlı edir".
O əlavə edib ki, dövlət siyasəti çərçivəsində zəruri təşkilati tədbirlərin reallaşdırılması ilə bağlı monitorinqlərin keçirilməsi tələb olunur: "Bununla əlaqədar, əksmərkəzləşdirmə proqramının gələcəkdə reallaşdırılmasına və yerli özünüidarəetmənin inkişafı üçün məsuliyyət daşıyan mərkəzi orqanın yaradılması məqsədəuyğun olardı".
M.Səlimzadə həmçinin bildirib ki, Azərbaycanda yerli özünüidarəetmənin gələcək inkişafı baxımından mövcud problemlərin böyük bir hissəsi yalnız əksmərkəzləşdirmə siyasətinin tərkib hissəsi kimi yerli özünüidarəetmənin inkişafı sahəsində dövlət siyasəti çərçivəsində həll oluna bilər: "Bu siyasətin formalaşdırılmasının və reallaşdırılmasının prinsiplərindən biri kimi mərkəzi hakimiyyət orqanları və yerli özünüdarəetmə orqanlarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığı qəbul olunmalıdır. Bu orqanlar arasındakı münasibətlər keyfiyyətcə yeni əsaslarla qurulmalı və inzibati diktatura deyil, daha çox əməkdaşlıq prinsiplərinə və qanuna əsaslanmalıdır".
Onun fikrincə, yaranmış problemləri həll etmək üçün ölkə miqyasında maarifləndirmə, təbliğat, izahat işləri aparılmalı, yerli özünüidarəetmə sisteminin mahiyyəti, xüsusiyyəti və funksiyaları haqqında vətəndaşlarda geniş təsəvvür yaradılmalıdır.
Mərkəz rəisi hesab edir ki, Azərbaycanda bələdiyyələrin gələcək inkişafı baxımından əksmərkəzləşdirmə siyasəti çərçivəsində xüsusi dövlət yardımı proqramları işlənib hazırlanmalıdır.
Onun fikrincə, Azərbaycan şəraitində əksmərkəzləşdirmə məsələləri sahəsində, o cümlədən əksmərkəzləşdirmənin siyasi, maliyyə, idarəetmə aspektləri üzrə elmi tədqiqat işlərinin aparılması tələb olunur. Əksmərkəzləşdirmə problemlərinin araşdırılması sahəsində xüsusi bir mərkəzin yaradılmasına da xüsusi ehtiyac duyulur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info