“İnosmi”: “Ermənistana az valyuta girir, amma ölkədən çoxlu valyuta çıxır”
Tarix: 02.09.2015 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


“Qaza görə isə Ermənistan Rusiyaya dollarla pul ödəyir”

Ermənistan KİV-i yazır ki, Ermənistan dramı yeni sınaqlar astanasındadır. Bu barədə Rusiyanın “İnosmi.ru” saytı bildirir. Erməni mediasına görə, Ermənistan Rusiyanın siyasi-iqtisadi əlavəsi kimi çıxış edir: “Ermənistan iqtisadiyyatının Rusiya abzarından asılılığı çox böyükdür. Buna görə dəRusiya rubluna olan təsir dramda da özünü göstərir. Artıq Ermənistana Rusiyadan olan pul transtefrtləri kəskin azalıb. “”Hetq” yazır ki, əsas ixrac bazarı Rusiya olan Ermənistan istehsalçıları üçün hazırkı iqtisadi situasiya heç də yaxşı nəticələr vəd etmir. Gömrük xidmətinin məlumatlarından görünür ki, Rusiya bu məhsullara görə Ermənistan malları üçün əsas bazardır: alkoqollu içkilər - əsasən konyak və çaxır, balıq - əsasən alabalıq, çökə və xərçənglər, həmçinin, tərəvəz, meyvə, quru meyvələr, meyvə şirələri, mineral su, qazlı içkilər, pivə, süd məhsulları, brilyant, qiymətli və yarımqiymətli daşlar, zinət əşyaları, kömür, filiz. Rusiyadan başqa Ermənistanın bu məhsulları üçün bazar yoxdur.
Ermənistan işəgötürənlər birliyinin sədri Qaqik Makaryan qeyd edir ki, birinci yarımildə Ermənstan iqtisadiyyatında Rusiya bazarı ilə bağlı çoxlu problemlər meydana gəlib. O, “Birinci informasiya”ya açıqlamasında qeyd edib ki, ölkəyə valyuta axını kəskin azalıb. Əvvəllər dollar və avro daha çox transfertlərdən daxil olurdu. Çünki Rusiyada işləyənlər ölkəyə dollarla pul göndərməyə üstünlük verirdilər. Həmçinin ixrac azalıb, bundan başqa, ixrac artıq rublla həyata keçirilir. Buna görə də Ermənistan idxalçıları ölkədən çoxlu dollar çıxarırlar. Qaza görə isə Ermənistan Rusiyaya dollarla pul ödəyir.
Beləliklə, ölkəyə az valyuta girir, ölkədən isə çoxlu valyuta çıxır. Dollar mənbələri azdır: beynəlxalq proqramlar, subsidiyalar, ixrac və transfertlər. İndi isə bu mənbələrlə bağlı situasiya bir az da pisləşib.
“Aravot” isə yazıb ki, Avrasiya bazarına Ermənistan mallarının daxil olması həmişə Rusiya kapriz və təsirlərindən asılı qalacaq: “Ən başlanğıcdan aydın olmuşdu ki, Avrasiya bazarı iqtisadi və nizam-intizamlılıq baxımdan üzv ölkələr üçün nümunəvi ola bilməz. Belə ki, Rusiyadakı iqtisadi situasiya dərhal erməni vətəndaşına və ixracatçısına ciddi təsir edir”.
“Son günlər erməni dramı yenidən devalavasiyaya uğrayıb və bunu gözləməyə dəyərdi”. Bu barədə Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan bildirib. Bundan başqa Rusiya rublu devalvasiyaya uğrayıb və neftin qiyməti 2009-cu ildəki minimuma enib. Bundan başqa dünya iqtisadiyyatında müəyyən problemlər var. Bu da Ermənistana əlavə mənfi təsir göstərir.

Duqinin fikrincə, Ermənistan Qərbə lazım deyil və əgər Rusiyanın iradəsinə uyğun olaraq Avrasiya İqtisadi Birliyində təmsil olunmasa yer üzündən silinəcək. Çünki dünyadakı qlobal rəqabət mühitində Ermənistanın bu boyunduruğa düşməkdən başqa çıxış yolu yoxdur

Belə şərtlər daxilində Ermənistan Mərkəzi bankı süni yollarla dramın məzənnəsini saxlamağa çalışır. Əgər ötən ildən bu yana Rusiya rublu iki dəfə ucuzlaşıbsa, dram cəmisi 20 faiz ucuzlaşıb. Bu fərq isə əvəzində Ermənistan iqtisadiyyatının itkisində özünü göstərir. Bundan başqa, Ermənistan istehsalçıları əsasən Rusiya bazarına ümid edirdilər ki, bu da ciddi problemlərlə üzləşib. İndi isə Ermənistan bu bazarın şərtləri altında hərəkət etməlidir.
O da bildirilir ki, Avrasiya Birliyində ən zəif iqtisadiyyata malik Ermənistan ixrac itirməyə məruz qalıb.
Bundan başqa, yazıda Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindən misal gətirilir. Duqinin fikrincə, Ermənistan Qərbə lazım deyil və əgər Rusiyanın iradəsinə uyğun olaraq Avrasiya İqtisadi Birliyində təmsil olunmasa yer üzündən silinəcək. Çünki dünyadakı qlobal rəqabət mühitində Ermənistanın bu boyunduruğa düşməkdən başqa çıxış yolu yoxdur.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info