18 ölkədən 120-dən çox şirkət Bakıda toplaşacaq
Tarix: 02.09.2015 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


18-20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq
Səhiyyə “BIHE 2015” sərgisi keçiriləcək. Artıq 21 ildir ki, sərgi tibb
müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları,
habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və
təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə
sisteminin daha da səmərəli olmasına kömək edir. Bu il “BIHE”
iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Hazırda
iştirakçıların siyahısında dünyanın 18 ölkəsindən 120-dən çox şirkət var.
Çex Respublikası sərgidə milli stendlə çıxış edəcək. Rusiya Federasiyası
Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə
ilk dəfə olaraq birgə stendlə iştirak edəcək. Sərgidə xarici şirkətlərlə
yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların
aparıcı yerli distribüterləri də iştirak edəcək. Yerli distribüterlər
arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər
yer alır. Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu
il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan
30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında
Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə
mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan
şirkətləri birgə milli stendlə çıxış edəcək. Sərgidə xarici klinika,
sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə
göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm”
sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən
dəstəklənir. Bu il sərgi öz geniş işgüzar proqramı ilə də fərqlənəcək, belə ki, sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri”
mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru
Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabr ayının 19-da isə Bakı
Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir
diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans
təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya
və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə
keçirilən konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə
bölüşə biləcəklər. Həmçinin, builki yeniliklərdən biri də odur ki, tibbi turizm
sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlər təşkili olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info