Fazil Mustafa: “Satqın dedikdə, Əli Kərimli yada düşür”
Tarix: 03.09.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Müxalifətdən satqınlığın simvolu barədə kəskin rəylər gəldi

Xəbər verildiyi kimi, müxalifətdə adı var, özü olmayan qurumlardan olan “Milli Şura”nın koordinasiya şurasının üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin “heç vaxt satılmaması” barədə iddia irəli sürüb. Bu iddianın qeyri-ciddiliyini hər kəs, hətta 2010-cu ildə deputat seçilməyəndən sonra “müxalifətçi” olmuş Gültəkin Hacıbəyli də özlüyündə bilməmiş deyil. Siyasətlə maraqlanan hər kəs bilir ki, müxalifətdə satqınlığın, liderinə xəyanətin, təmsil etdiyi partiyanın, düşərgənin maraqlarına zərbənin simvolu Əli Kərimlidir.
Qısaca xatırladaq ki, o, öncə lideri olan Əbülfəz Elçibəyi satdı, ona qarşı çirkin qara piar kampaniyasına ara vermədi və hətta Elçibəy vəfat edənə qədər onun bu çirkin kampaniyası davam etdi. Daha sonra Əli Kərimli bir müddət “millət vəkili” də oldu və yenə də müxalifətin maraqlarına zərbə vurmaqda davam etdi. Hazırda isə uzun müddətdir ki, ölkənin mənafelərini, maraqlarını xaricilərə satmaqla məşğuldur. Onun xarici dairələrə və maliyyə mənbələrinə işlədiyi, onların sifarişlərini yerinə yetirdiyi siyasi prosesləri izləyən hər kəsə məlumdur. Ona görə də təsadüfi deyil ki, müxalifət düşərgəsində təmsil olunan siyasilər Kərimlinin satılma “bacarıqları” ilə bağlı fikirlərini bildirməyə vadar olublar.
Bu barədə SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa fikir bildirib: "Yaxşı olardı ki, Əli Kərimlinin “satılmaması” barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib”. BQP başqanı eyni zamanda bildirib ki, ümumiyyətlə, onun (Əli Kərimlinin) Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: “Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də Xalq Cəbhəsi dağılmağa məhkum oldu”.
Fazil Mustafa AXCP sədri barədə bu cür iddia ilə çıxış edən Gültəkin Hacıbəylinin Cəbhə haqqında danışmağa mənəvi haqqının olmadığını da vurğulayıb və bildirib ki, əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır”.
"Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa...."
AXCP sədrinin keçmiş müavini Razi Nurullayev isə G.Hacıbəylinin sözügedən iddiasını belə şərh edib: “Mən Gültəkin Hacıbəylinin bu fikirləri haqqında uzun-uzadı danışmaq istəmirəm. Buna ehtiyac görmürəm. Sadəcə demək istəyirəm ki, özünə hörmət edən xanım öz fikrini, düşüncəsini bölüşməlidir. Daha başqalarının fikirləri ilə “fədakarlıq” etməməlidir”. R.Nurullayev qeyd edib ki, Gültəkin Hacıbəyli vaxtilə hakimiyyətə yaltaqlanan bir adam olub: “İndi də Əli Kərimlinin yanında bu funksiyasını icra edir, “canfəşanlıq” göstərir. O, öz fikirlərini yox, başqalarının fikirlərini deyir. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. O, uğursuz fəaliyyət göstərdiyinə, partiyanı uçuruma apardığına görə istefa verməsini tələb edirik. Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa, o zaman onu inandırsın ki, səhv yoldadır və AXCP-dən istefa verib getməlidir”.

“Əli Kərimli Qərbə çoxdan satılıb”
Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev isə məsələyə münasibət bildirərkən deyib ki, Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən başqa heç kim qalmayıb”. Elşən Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: “Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan “mübarizə aparmaq” ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli o bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info