“ABŞ-ın şəhərlərində cinayətkarlıq artıb”
Tarix: 03.09.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Cari ilin il 8 ayı ərzində Miluokidə cinayət hadisələri 76 faiz, Sent-Luisdə 60 faiz, Baltimorda 56 faiz, Vaşinqtonda isə 44 faiz artıb
Xatırlayırsınızsa, bu ilin iyununda Ferqusonda ağdərili polis tərəfindən qətlə yeririlən qaradərili gəncin ailəsinə başsağlığı verərkən ABŞ prezidenti Barak Obama ölkənin hələ də irqçilikdən zərər çəkdiyini etiraf etmək məcburiyyətində qalmışdı. Təbii ki, bütün ölkələrdə baş verən cinayətləri təkcə irqçiliyin ayağına yağmaq doğru olmazdı. Lakin əksər ekspertlər ABŞ-da baş verən cinayətlərin kökündə nələrin dayandığını izah etməkdə çətinlik çəkirlər.
BBS-nin ABŞ-da baş verən cinayətkarlıqla bağlı məqaləsi də bu səpkidədir. Məqalədə deyilir ki, “New York Times” nəşrinin məlumatına görə, son zamanlar ABŞ ərazisində cinayətkarlığın ən böyük artımı Viskonsin ştatının Miluoki şəhərində qeydə alınıb: “Belə ki, bu şəhərdə 2015-ci ilin 8 ayı ərzində cinayət hadisələrinin sayı 76 faiz artıb. Siyahında növbəti yeri 60 faiz artımla Missuri ştatının Sent-Luis, sonrakı yeri isə 56 faizlə Merilend ştatının Baltimor şəhərləri tutur. Paytaxt Vaşinqtonda isə bu göstərici 44 faiz qeydə alınıb. Qeyd edilməlidir ki, ölkənin əsas şəhərlərindən biri olan Nyu-Yorkda cinayət hadisələrinin sayı ötən illə müqayisədə 20 faiz artıb. Bu faktı iyun ayında keçirdiyi mətbuat konfransında şəhər meri Bill de Blazio etiraf etsə də, şəhərin hüquq-mühafizə orqanlarının gözlənilən hər hansı cinayət dalğasının qarşısını almaq iqtidarında olmasına da ümidli olduğunu bildirmişdi. Bəzi müşahidəçilər qeyd edir ki, Ferqusonda baş verən məlum hadisələrdən sonra gənclər polis əleyhinə kökləniblər. Bunun səbəbi kimi qalmaqallı hadisələrin mərkəzində məhz polisin dayanmasıdır. Ferqyuson hadisələrindən sonra ölkə polisi kobudluğu ilə jurnalist hədəfinə düşməməyə çalışır. Bunun nəticəsidir ki, son zamanlar cinayətkarların əksəriyyəti özlərini çox həyasızcasına apardığı halda, polis gündəlik işini həyata keçirməkdə çətinlik çəkir. Qeyd edək ki, bu sahə üzrə ixtisaslaşan bəzi ekspertlər belə şərhlərə şübhə ilə yanaşır və iddia edirlər ki, bu vəziyyət cinayətkarlıq hallarının bütün ölkədə deyil, yalnız ayrı-ayrı şəhərlərdə artıra bilər. Qaradərili gəncin ağdərili polis tərəfindən güllələnməsi Ferqusonda irqi iğtişaşlara gətirib çıxarmışdı. Miaykl Braun adlı qaradərili gəncin öldürülməsi səbəbi ilə başlanan kütləvi etiraz aksiyaları bir neçə həftə davam etmişdi. Ümumiyyətlə, ABŞ-da silahlı polislərin silahsız qaradərililərə qarşı davranışı ölkədə silsilə qalmaqallara səbəb olub. Bəzi ekspertlər isə fərqli yanaşma ortaya qoyur. Onlar iddia edirlər ki, ölkədə cinayətkarlığın artmasının başlıca səbəblərindən biri də əksər gənclərin qarşılaşdıqları problemləri silah gücünə həll etmək istəyidir. Ekspertlər ABŞ-da küçə mübahisələrinin, zorakılığın vüsət almasında ölkədə silah gəzdirən vətəndaşların sayının çox olmasının da mühüm rol oyandığını xüsusi olaraq qeyd edirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info