“Dövlətimiz güclü siyasi iradəyə malikdir”
Tarix: 03.09.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Baş verə biləcək iqtisadi böhranın yaşanmamağı üçün dövlətimizin borc götürməyinə dair bəzi mülahizələr yanlışdır. Neftin qiymətindəki ucuzlaşma və manatın devalvasiyası ilə yanaşı, iqtisadiyyatımızda böhranın baş verməməyi üçün həll yolları haqqında media və sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif təklif və mülahizələr söylənir. Bunların içərisində ölkəmiz üçün əsla xeyirli olmadığını düşündüyüm beynəlxalq valyuta fondlarından və banklarından borc götürülməsi təklifidir.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev dünyada gedən siyasi proseslər və bunun Azərbayacan təsiri ilə bağlı fikirlərini bildirib:
“Dövlətimiz illərdir torpaqlarımızın işğal altında olmasına baxmayaraq, istər ABŞ və Avropa Birliyi ölkələri, istərsə də üzərimizdə təsirini artırıb yenidən hegemoniya qurmaq istəyən qonşularımız tərəfindən ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq ölkə maraqlarından heç bir güzəştə getməyib. Bu cəsur siyasi duruş təqdirə layiqdir. Dünyada baş verən hadisələrə baxdığımızda siyasi iradə göstərən bir çox ölkənin iqtisadi yöndən zəiflədilib borca sürüklənməsi ilə asılı vəziyyətə salındığını görürük. Ona görə də borc təklifini Azərbaycanın xeyrinə olacaq imiş kimi göstərənlər bundan çəkinməlidir.
Azərbaycan xalqı inanclıdır, vətənpərvərdir, heç bir zaman öz rahatlığı üçün ölkəmizin borc üzündən asılı vəziyyətə düşməyini istəməz. Bütün bunlar müvəqqəti çətinlikdir. Dövlətimizin heç bir mənada digər dövlətlərdən asılı vəziyyətə düşməməyi üçün, lazım gələrsə, daha qənaətcil davranmaq lazımdır. Əgər iqtisadi çətinlik yaşanarsa belə, öz daxili potensialımız hesabına bu çətinliyin öhdəsindən gələcək millətə və dövlətə sahibik”.





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info