Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Tarix: 03.09.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Tibbdəki ən son yeniliklərin və texnologiyaların tətbiqi ilə fərqlənən Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyənlərin artıq əlavə vəsait və vaxt sərf edərək xarici ölkələrə getməsinə lüzum qalmayacaq.
Mərkəzdəki laboratoriya, cərrahiyyə otaqları dünyadakı qabaqcıl süni mayalanma mərkəzlərində tətbiq olunan ən müasir avadanlıqlarla təchiz olunub. Burada süni mayalanma müalicəsində hamiləlik şansını ciddi şəkildə artıran və Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalı Qadın Sağlamlıq Mərkəzində həyata keçirilən Embryoscope, CGH, PGD, ERA testi, co-culture, İMSİ kimi ən son texnoloji yeniliklər tətbiq olunur.İlk növbədə buraya müraciət edən cütlüklərə süni mayalanma yolu ilə övlad sahibi olub olmayacaqları barədə dəqiq diaqnoz qoyulur. Mərkəzdə tətbiq edilən ERA testi ilə uşaqlığın embrionları qəbul edib etməyəcəyini və ya embrion transferinin hansı gün edilərsə hamiləlik şansının artırıla biləcəyini öncədən bilmək mümkündür.
Burada uğurla tətbiq olunan və süni mayalanmada yeni bir ümid olaraq dəyərləndirilən əhatəli xromosom incələməsi və ya CGH testi vasitəsilə embrionun genetik problemləri və xromosomların vəziyyəti araşdırılaraq sağlam embrionun transferi həyata keçirilir.
Mərkəzi Gömrük Hospitalı Qadın Sağlamlıq Mərkəzi beynəlxalq miqyasda tanınan məşhur ginekoloq prof. Dr. Mustafa Bahçecinin rəhbərlik etdiyi tibbi heyətlə birlikdə kişi və qadın sonsuzluğu, hamiləlik təqibi, ginekologiya, endoskopik ginekoloji cərrahiyyə, genetik analizlər üzrə tibbi xidmətlər də təqdim edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info