Komitə sədri: “İŞİD” yalnız siyasi sifarişləri, geopolitik maraqları yerinə yetirir”
Tarix: 03.09.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“İŞİD” deyilən qrupun İslama heç bir aidiyyəti yoxdur. Onlar yalnız siyasi sifarişləri, geopolitik maraqları yerinə yetirirlər”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı «Lider» televiziyasının sualını cavablandırarkən belə deyib.
Komitə sədri bildirib ki, İslamın bütövlükdə bütün mərkəzlərində, tanınmış İslam mücahidləri, müştəhidləri və alimləri tərəfindən bu cür qruplaşmalar pislənilir. Çünki, bu qruplaşmalar əslində İslamı terrora bağlamaq istəyənlərin əlində bir dəstəvuz rolunu oynayır. Mübariz Qurbanlı Dövlət Komitəsi tərəfindən azərbaycanlı gənclərin dini radikalizmin və ekstremist təşkilatların təsiri altına düşməməsi üçün 3 istiqamətdə - hüquqi, ideoloji və iqtisadi müstəvidə mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. Komitə sədrinin sözlərinə görə ideoloji müstəvidə gedən mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər ideoloji sahə ilə bağlı olan nazirlik və qurumlarla birgə fəaliyyət göstərir. Burada əsas məqsəd maarifləndirmədir. Mübariz Qurbanlı deyib ki, islami dəyərləri olduğu kimi cəmiyyətə təbliğ və təşviq etməliyik. Bu cür təbliğ və təşviqlə islami dəyərlərdən uzaqlaşaraq bu və digər dini radikal qrupların təsirinə düşən gəncləri həmin yoldan çəkindirmiş oluruq.
Dövlət Komitəsinin sədri bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac olduğunu da vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info