Avstraliyanın “İŞİD”lə mübarizəyə qoşulması gələn həftə müzakirə olunacaq
Tarix: 03.09.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Avstraliyanın Baş naziri Toni Ebbot sentyabrın 3-də bəyan edib ki, onun ölkəsinin Suriyada fəaliyyət göstərən “İŞİD” radikal qrupuna qarşı mübarizəyə qoşulmaq barədə qərarın qəbulu ilə bağlı məsələ gələn həftə müzakirə ediləcək.
Bu barədə Baş nazir 2GB radiostansiyasına müsahibəsi zamanı məlumat verib. Baş nazir deyib: “Müdafiə naziri son on gündə xaricə səfər edərək bizim qonşular və müttəfiqlərlə mühüm məsələləri müzakirə edib və mən onun iştirakı olmadan belə vacib qərar vermək istəmirəm. Gələn həftə o geri dönən kimi, biz bu barədə qərarın qəbulu ilə məşğul olacağıq”.
Radiostansiyanın verdiyi məlumata əsasən, Avstraliya “İŞİD”lə İrakda aparılan mübarizə tədbirlərinə qoşulub. Lakin ABŞ Prezidenti Barak Obama ölkə rəhbərliyinə müraciət edərək, İrakdan kənarda da İŞİD-lə mübarizəyə qatılmağı xahiş edib.
Toni Ebbot qeyd edib ki, Avstraliyanın hökumət orqanları “İŞİD”in “ölüm ayinlərinə” qarşı mübarizədə qətiyyətlidir.
Hələ cari ilin martında Avstraliyanın Baş naziri bildirmişdi ki, ABŞ hökumətinin beynəlxalq koalisiyaya yardım göstərilməsi barədə xahişi əsasında bu ölkə “İŞİD”lə mübarizə aparan İrak qoşunları ilə təlim keçmək üçün 300 hərbçi göndərəcək. Ötən il isə Avstraliya İraqa 600 hərbçi göndərmişdi. Bunlardan 400-ü hərbi aviasiya mütəxəssisi, 200-ü isə xüsusi təyinatlılar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb
17.08.2019
Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib
17.08.2019
ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq
17.08.2019
ABŞ Prezidenti Cammu və Kəşmir məsələsinin dialoq yolu ilə həllinə çağırıb
17.08.2019
Bəşər Əsədin əmisi oğlu: soyadımız Vəhş idi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info