MSK Avropa İttifaqı ilə birgə seçkilərlə bağlı seminarlara başladı
Tarix: 03.09.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar beynəlxalq təşkilatlarla birgə müxtəlif istiqamətlər üzrə layihələr davam etməkdədir. Növbəti layihə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində gerçəkləşdirilib. Belə ki, sentyabrın 3-də seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri də iştirak edirdi. Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Seminar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparıldı, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd etmək lazımdır ki, irimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün ekspert qruplarının üzvləri qatılacaqlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info