“Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib”
Tarix: 03.09.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Sentyabrın 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclasının önəmindən danışan Əli Əhmədov tədbirdə bir sıra əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb. Baş nazirin müavini əminliklə qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birində öz müsbət təsirini göstərəcək. İclasın nəticələri gələcək fəaliyyəti üçün əsas olacaq. Qadın problemlərinin hər zaman dünyada diqqət mərkəzində olduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov deyib ki, Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. YAP sədrinin müavini-icra katibi İCAPP-ın bu məsələyə bu cür diqqət göstərməsinin də sevindirici hal olduğunu qeyd edib. Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirən Əli Əhmədov vurğulayıb ki, ona görə də İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Baş nazirin müavini ölkəmizdə qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib.
“Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib”,- deyən İCAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-yonq təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını söyləyən baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları ölkəmizdə gedən inkişaf prosesinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaradığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info