Erməni fəhlələri narazıdır
Tarix: 05.02.2013 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Ermənistanın qalmaqallı “Nairit” şirkəti barədə söz-söhbətlər səngimək bilmir. İşçilərin narazılığı müxtəlif formada özünü göstərir. Media orqanlarına zavodla bağlı şikayət məktubları gəlir. “1in”ə nəhəng kimya zavodu “Nairit”-in işçilərindən birinin göndərdiyi məktubda zavodun necə bankrot olduğu və milyonların necə qarət edildiyi barədə yazılıb:
““Nairit”in müflisləşməsi hələ 2000-ci ildən başlayıb. Həmin vaxt bu zavod İngiltərədə qeydiyyatdan keçmiş bir şirkətə satılmışdı və “Nairit Ransat” adlanırdı. İdarəetmə isə “Ransat Ermənistan” tərəfindən həyata keçirilirdi. Əslində sövdələşmə baş tutmadı, alıcı şirkət müqavilədə göstərilən rəqəmi ödəmədi və digər öhdəlikləri yerinə yetirmədi. Bu isə zavodun qarət edilməsinə səbəb oldu.
Əvvəlcə xammalın, materialların, avadanlıqların və onların ehtiyat hissələrinin alınması işi, bunun üçün təsis edilmiş və yüksək komisyon haqqı alan “Anuş” MMC-yə həvalə edildi. Belə olan halda isə satışdan əldə edilən yüksək gəlirlər zavoda deyil, vasitəçi MMC-yə çatdı.
İlk növbədə, “Anuş” MMC “Nairit”ə bazar qiymətlərindən xeyli çox olan bir qiymətlə xammal və avadanlıq göndərdi.
Digər tərəfdən, başqa bir MMC kauçukun satışı hüququnu əldə etmişdi. Onlar isə çox cüzi maya dəyəri ilə kauçuku alır, ikiqat, üçqat qiymətə satırdılar. Əldə edilən yüksək qazanc isə zavoda və ya işçilərə deyil, bir qrup insana çatırdı.
Bu cür “qarət” zavodun idarəsi “Polimer” MMC-yə verilənədək davam etdi. Uzun fasilədən sonra zavod yenidən istehsalı gücləndirdi, iqtisadi gücünü artırdı və işçilərinə maaş verdi.
Lakin bu uzun çəkmədi. 2006-cı ildə edilmiş son sövdələşməyə əsasən zavodun səhmlərinin 90%-i “Raynovill” şirkətinə verildi. Şirkət kauçuk istehsalından gələn 70 milyon dolların 39 milyonunu “Nairit”ə ödəyir, qalan 31 milyon dolların taleyi isə naməlum qalır.
“Nairit”in qalan 10 % səhmi isə Energetika Nazirliyinə məxsusdur.
Hazırda isə “Nairit”in 300 milyon dollar borcu var. Minlərlə insan işsiz qalıb və 10 aydır ki, maaşlar verilmir.
Ermənistan hökuməti isə seçki ərəfəsində yeni iş yerlərinin açılmasını vəd edir”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info