Ə.Əhmədov: “İclasın nəticələri onun gələcək fəaliyyəti üçün əsas olacaq”
Tarix: 03.09.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçılarını qəbul edib.
YAP-dan verilən məlumata görə, Ə. Əhmədov qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birinə öz müsbət təsirini göstərəcək: “İclasın nəticələri onun gələcək fəaliyyəti üçün əsas olacaq. Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar”. Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini nəzərə çatdıran Ə. Əhmədov, bu baxımdan İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsinin təsadüf olmadığını söyləyib. O, Azərbaycanda qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib.
İCAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-yonq isə təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını vurğulayan baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı danışıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları Azərbaycanda gedən inkişaf prosesinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaradığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
16.03.2019
Aİ: Azərbaycanla hərtərəfli sazişin imzalanması prioritet vəzifə olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info