SOCAR və “Petronas” arasında yeni anlaşma
Tarix: 03.09.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Malayziyanın “Petronas” neft-qaz şirkəti arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Petronas” şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev sentyabrın 3-də “Petronas”ın prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Petronas”ın prezidenti Azərbaycanda investisiya üçün əlverişli mühit olduğunu qeyd edib və SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb.
R.Abdullayev qonaqlara “Şahdəniz” və “Cənub” qaz dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.
Datuk van Zulkiflee van Ariffin “Petronas” ilə SOCAR arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
SOCAR-ın prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info