Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçiriləcək
Tarix: 03.09.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Sentyabrın 9-11-də Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.
Tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edəcək. Seminarın gündəliyinə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiyadakı fəaliyyətinə baxış, Təşkilatın “MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq” layihəsinin təqdimatı və qiymətləndirilməsi, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi və s. daxildir. Həmçinin ayrı-ayrı MDB ölkələrində (Rusiya, Qazaxıstan) əmək bazarında cari problemlər və inkişaf strategiyaları seminarın müzakirə mövzularından olacaq.
Xatırladaq ki, “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində imkanların artırılmasına yönəlib. Azərbaycanın da daxil edildiyi həmin layihə əsasında ötən il ölkəmizdə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunub.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info