“Gənclərin potensialından vaxtında istifadə etməliyik”
Tarix: 04.09.2015 | Saat: 02:06:00 | E-mail | Çapa göndər


Hüseyn Cavadzadə: “Gənclər sektorunda bəzi çatışmazlıqların çoxu yaşı çoxdan gənclik həddini haqlamış, amma bu sektordan ayrıla bilməyənlərlə bağlıdır”
Azərbaycanda gənclərin ictimai aktivlik göstərmələri cəmiyyətin inkişaf nümunəsidir. Bu, gənclərin özləri tərəfindən də sevinc və fərəhlə qarşılanır. Elə ADDIM gənclər təşkilatının sədri Hüseyn Cavadzadə də bu sevincini bizimlə bölüşüb.

- Gənclərin ictimai aktivliyinin cəmiyyətin inkisafında nə kimi rolu var?
-Düşünürəm ki, Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkəmizin böyük nailiyyətlərindən biridir. Xüsusən dövlət strukturları və gənclər təşkilatları cəmiyyətin inkişafında gənclərin rolunun artırılması üçün çalışmalıdır. Bu gün təhsil, QHT sektoru, sosial sektor, media və s. sahələrdə uğurlar nümayiş etdirən kifayət qədər gənc var. Və onların ictimai aktivliyinin cəmiyyətin inkişafında rolu danılmazdır. Çünki bütün ölkələr və dövrlərdə gənclər hərəkətverici qüvvə olublar. Sadəcə, arzu edərdim ki, dünya ölkələrinin gənclərlə bağlı təcrübəsindən daha çox yararlanaq. Əminəm ki, bununla daha yüksək nəticələr alınacaq.
- Gənclər onlara olan etimadı doğruldurlarmı?
-Məncə, gənclər bu etimadı artıq dəfələrlə doğruldublar. Gənclərimizin beynəlxalq uğurları, onların dövlət gənclər proqramlarında iştirakı, ilk Avropa Oyunlarında fəaliyyəti bunun göstəricisidir. Üzə görünən, nailiyyət adlandırılan çox şey gənclərimizin əməyinin bəhrəsidir. Gənclər sektorunda bəzi çatışmazlıqların çoxu isə yaşı çoxdan gənclik həddini haqlamış, gəncliyindən ayrılıb gənclər sektorundan ayrıla bilməyənlərlə bağlıdır. Təəssüflə bu sahədəki təcrübəmdən deyə bilərəm ki, belə hallar mövcuddur. Mən bu problemlərin də tez bir zamanda aradan götürüləcəyinə ümid edirəm. Çünki ölkəmizdə ciddi reformlar gedir. Və bu, yeni Azərbaycanın gələcək taleyində müsbət rol oynayacaq.
-Ölkəmizdə keçirilən seçkilərdə gənclər nə dərəcədə fəallıq göstərirlər?
-Son illər gənclərin ictimai-siyasi həyatdakı fəallığı ölkəmizdə keçirilən seçkilərdə də özünü göstərir. Hələ 2 il öncə keçirilən Prezident seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirdilər. Ölkənin ən böyük ictimai-siyasi tədbirində ciddi vətəndaşlıq mövqeyi sərgilədilər. Yüksək məsuliyyət və bacarıq göstərən gənclər daha geniş miqyasda diqqət cəlb etməyi bacardılar. Daha sonra bələdiyyə seçkilərində gənclərin fəallığı azalmadı. Çox yaxında isə bizi parlament seçkiləri gözləyir. Ötən parlament seçkilərdən artıq 5 il keçib. Bu müddətdə bütün dünyada, eləcə də Azərbaycanda bir çox dəyişikliklər olub. Təbii ki, indi gənclərimiz daha fəaldırlar. Güman edirəm ki, onlar həm namizəd, həm seçici, həm də müşahidəçi kimi fəallıqlarını nümayiş etdirəcəklər. Mən xüsusən parlamentdə gənclərin sayının daha çox olmasının tərəfdarıyam. Ölkəmizin apardığı səmərəli gənclər siyasəti artıq dövlətə işləməlidir. Uzun müddətdir dövlətin bu sektora qoyduğu sərmayə olan kadrlar nəhayət dövlətə xidmət etməlidir. Stereotiplər aradan qaldırılmalıdır, gəncləşmə olmalıdır, bu həm də bioloji faktordur. Gənclərin potensialından vaxtında istifadə etməliyik. Bizdə 40-45, hətta 50 yaşlarındakı adamlar hələ də gənclər təşkilatlarının rəhbəri kimi çıxış edirlər. Mən bununla yanaşı, hər zaman nəsillərarası mübarizənin əleyhinəyəm. Məncə, daha enerjili, innovativ və kreativ gənclər böyüklərimizlə əl-ələ verib Vətənimiz üçün çalışmalıdır.
- Bəs, gənclərin ictimai təşəbbüskarlıqlarını necə qiymətləndirirsiz?
-Qeyd etdiyim kimi, Azərbaycanın olduqca potensiallı, iddialı, bacarıqlı gənc nəsli yetişir. Dövlətin gənclərimizin inkişafının bugünkü mərhələsində dəstəyi danılmazdır. Azərbaycan özü də gəncdir, bizim Prezidentimiz isə dünyanın ən uzaqgörən və qabaqcıl siyasətçilərindən biridir. Yaxın keçmiş təcrübə və son dövrlərdəki reformlar göstərir ki, yeni kadrlarla yeni Azərbaycan formalaşacaq. Bunun üçün ictimai təşəbbüskarlığı nümayiş etdirmək üçün gənclərə dəstək olmaq mütləqdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info