Özbəkistan yığmasının üzvü “Rəvan”da
Tarix: 04.09.2015 | Saat: 02:12:00 | E-mail | Çapa göndər


Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan “Rəvan” təlim-məşq toplanışını Zaqatalada davam etdirir. Paytaxt klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
“Transfer pəncərəsi” bağlanmasına baxmayaraq, klublar azad agent statusu daşıyan oyunçularla anlaşmaqda sərbəstdilər. “Rəvan” da bundan yararlanaraq, daha bir oyunçunu baxışa dəvət edib. Bu, Özbəkistan yığmasının yarımmüdafiəçisi Alibobo Raxmatullayevdi. 24 yaşlı oyunçu bu gün Bakıya gələcək və birbaşa Zaqatalaya yollanaraq, klubun düşərgəsinə qoşulacaq.
Baş məşqçi Emin Quliyev sentyabrın 5-də Tiflisdə “Saburtalo” klubu ilə baş tutacaq yoxlama görüşündə Alibobonu sınaqdan keçirəcək. Gənc çalışdırıcı onun çıxışından məmnun qalsa, futbolçu ilə müqavilə bağlanacaq.
Qeyd edək ki, “Bunyodkor”un yetirməsi olan Alibobo Raxmatullayev son olaraq “Buxoro” klubunun formasını geyinib. O, 2012-ci ildə Özbəkistan yığmasının heyətində 1 oyun keçirib və hazırda da millinin potensial üzvlərindən sayılır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info