Niyə Əli Kərimli və İsa Qəmbər Əkrəm Əylisli məsələsinə münasibət bildirmir?
Tarix: 05.02.2013 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Əkrəm Əylislinin ermənipərəst mövqeyini “Daş yuxular” əsərində qabarıq surətdə ifadə etməsi və bu azmış kimi, azərbaycanlıların heysiyyətini təhqir etməsi, həmçinin tarixi hadisələri açıq-aşkar təhrif etməsi ictimaiyyətin, Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olub. Həmçinin onu da qeyd etmişdik ki, ermənilər Əkrəm Əylislinin bu əməlindən hədsiz şad olublar. Onlar informasiya savaşında bu əsəri artıq bizə qarşı istifadə etməyə başlayıblar. Erməni KİV-i mütəmadi olaraq Əkrəm Əylislini öyməkdə və ona istinad etməkdədir. Bu azmış kimi, onlar hətta Əkrəm Əylislidən şəxsən müsahibələr götürürlər və Əylisli də bu müsahibələrdə həvəslə iştirak edir. Bütün bunlar bir daha onu göstərir ki, Əkrəm Əylislinin bu əməli Azərbaycan cəmiyyətinə qarşı nankorluq, məsuliyyətsizlikdir. Bu, Ermənistanın və ermənilərin xeyrinə Əylislinin atdığı bağışlanılmaz bir addım kimi dəyərləndirilir. Ona görə də cəmiyyət müxtəlif səviyyələrdə bu olaya qarşı barışmaz münasibətini ifadə edib. İctimai fəal insanlar, ziyalılar, siyasətçilər, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri və sair kateqoriyalardan olan insanlar olayı birmənalı olaraq pisləyən fikirlərini bildiriblər.
Qeyd etmək lazımdır ki, bu məsələdə bəzi müxalifət başçıları ilə bağlı da maraqlı halı müşahidə etməkdəyik. Belə ki, konkret olaraq AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı İsa Qəmbər hələ də Əkrəm Əylislinin sözügedən əməli ilə bağlı mənfi münasibət bildirməyiblər. Ayrı-ayrı müxalifət mənsubları Əylislini qınasalar və onun əsərini cəfəngiyyat, Azərbaycan xalqına qarşı hədyan və təhqir kimi qiymətləndirsələr də, Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılar bu məsələdə söz deməkdən, fikir bildirməkdən yayınırlar. Bu isə haqlı olaraq prosesləri izləyənlərdə sual doğurur: Niyə Əli Kərimli və İsa Qəmbər Əkrəm Əylisli məsələsinə münasibət bildirmir? Onlara bu məsələdə mane olan nədir?
Qeyd edək ki, müxalifətin belə milli məsələlərdə bir kənara çəkilməsi və çox vaxt antimilli mövqe tutması birinci dəfə deyil. Ötən saylarımızda ABŞ-ın Ağ Evinin “petitions.whitehouse.gov” saytında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı bölmə açıldığını və bununla bağlı səsvermə kampaniyasının keçirildiyini bildirmişdik. Qeyd edtmişdik ki, bir sıra müxaliflər bu kampaniyaya qarşı sosial şəbkələrdə statuslar yazırlar və faktiki olaraq ermənilərlə eyni mövqedən çıxış edirlər. Bundan başqa isə bu cür müxaliflər həm də qrant umduqları bəzi xarici dairələrin gözündən düşəcəklərindən açıq-aşkar qorxurlar. Onlar həmin dairələrin maliyyəsini əldə etmək üçün bu cür milli maraqlara laqeyd “kosmopolit” görünməlidirlər. Əli Kərimli və İsa Qəmbər də təbii ki, seçki ərəfəsində hansısa xarici qrant və ya maliyyə təşkilatının maliyyəsini əldə edəcəklərinə ümid bəsləyirlər. Halbuki milli maraqlara zidd fəaliyyət göstərən qüvvələrin maliyyələşdirilməsi təbii ki, elə antiazərbaycan qüvvələrinin işi ola bilər. Təsadüfi deyil ki, indiyə qədər dəfələrlə müxalifətin bu cür antimilli məqsədlərlə maliyyələşdiyi üzə çıxıb, onların qaranlıq kanallardan vəsaitlər aldıqları bəlli olub. İndi də çoxdan “qurumuş” bu kanallardan “qrant” axacağına ümid bəsləyirlər. Bu qaranlıq maliyyə mənbələri içərisində erməni lobbisinin adının hallanması isə təsadüfi deyil. Xüsusilə də indiki zamanda həmin müxaliflərin Xocalı və Dağlıq Qarabağla bağlı digər kampaniyalara qarşı olması maliyyələşmə ilə bağlı sonuncu versiyanın hazırkı situasiyada daha etibarlı olduğu qənaətini yaradır. Bu azmış kimi, indi də Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçılar Əkrəm Əylisli məsələsində susurlar. Bu məsələdə susmaq və ictimaiyyətlə hesablaşmamaq, elə ictimaiyyətin əksinə düşünmək və dolayı olaraq Əkrəm Əylislinin mövqeyini dəstəkləmək deməkdir. Bu isə hazırda erməni mövqeli qaranlıq maliyyə kanalları ilə müxalifətin bağlılığı versiyasına inamı daha da artırmış olur...
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info