“Birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə töhfəsini verir”
Tarix: 04.09.2015 | Saat: 02:19:00 | E-mail | Çapa göndər


2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq təşkilatlarla birgə müxtəlif istiqamətlər üzrə layihələr davam etməkdədir. Növbəti layihə Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində gerçəkləşdirildi. Belə ki, sentyabrın 3-də seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş genişmiqyaslı maarifləndirmə layihəsinə start verildi. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri də iştirak edirdi. Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirdi ki, Azərbaycan sovet məkanından, avtoritar, totalitar rejimdən müstəqillik dövründə demokratiyaya doğru uzun bir yol keçib və xalq öz hakimiyyətinin formalaşmasında birbaşa iştirak etmək hüququ əldə edib. O, çoxpartiyalı sistemdə xalqın demokratiyaya verdiyi töhfənin artdığını vurğuladı: “Azərbaycanda 5 milyondan çox seçici, qeydiyyata alınmış 55 siyasi partiya var. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan seçki sistemi xalqın iradəsini ortaya qoymaq baxımından uğurlu seçki sistemi sayıla bilər. Bunu Azərbaycanla əməkdaşlıq edən beynəlxalq qurumlar da etiraf edir”. Seçki sisteminin daha da inkişaf etdirməsi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı önəmli sayan MSK sədrinin müavini bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu bildirdi: “Dünyada seçkilər problemlərdən xali deyil və Azərbaycan da istisna deyil. 2010-cu il parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına 267 şikayət və müraciət daxil olub. 2013-cü il prezident seçkilərində 19 şikayət və müraciət, 2014-cü il bələdiyyə seçkilərində 96 şikayət daxil olub. Azərbaycanda seçki sistemi təkmildir. 5 milyona nisbətdə 15, 50, 100 nəfər narazı qala bilər. Ancaq biz onların da şikayətini araşdırırıq, hər kəsin hüquqlarının qorunmasına çalışırıq. Əsas məqsədimiz istənilən fərdin hüquqlarına hörmətlə yanaşmaq, pozulmasına yol verməməkdir”. N. Məmmədov qeyd etdi ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində bəzilərinin hüquqlarının pozulduğu əksini tapıb, məhkəmənin bu sahədə 14 qərarı var. O, Azərbaycanda seçkilərin adətən 50 min müşahidəçi tərəfindən izlənildiyini nəzərə çatdırdı: “Təəssüf ki, bəzi hallarda müşahidə missiyaları seçkiyə müşahidə deyil, kiminləsə söhbət əsasında qiymət verir. Müşahidənin məkanı və yeri haqqında məlumat vermirlər və onların müşahidələrinin nəticələri Avropa Məhkəməsinin qərarında əksini tapmır”.
MSK sədrinin müavini dedi ki, Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə, seçki təcrübəsinə böyük zərbə vurur: “Məcburi köçkünlər bələdiyyələrini formalaşdıra bilmir, parlament və prezident seçkilərində iştirakilə bağlı müəyyən problemlər qalmaqladır. Avropa İnsan Hüquqları Məhkəməsi bir nəfərin hüquqlarının pozulması ilə bağlı qərar verirsə, qaçqın və məcburi köçkünlərin timsalında çoxlu sayda insanın hüquqlarının pozulması məsələsi də diqqətdən kənarda qalmamalıdır”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirdi ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: “Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla bu sahədə əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyasının fəaliyyətində bu sahədə nailiyyətlər əldə olunub, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə töhfəsini verir”.
Daha sonra seçki məsələləri üzrə ekspert Sergey Kalçenko “Seçkilərlə bağlı müraciətlərə dairə komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyinə dair Təqdimat”la çıxış etdi.
Seminar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparıldı, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd etmək lazımdır ki, irimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün ekspert qruplarının üzvləri qatılacaqlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info