Lənkəran gəncləri “Cinemaya ADDIM-la”yacaqlar
Tarix: 04.09.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Addım” Gənclər Təşkilatı və “28 Cinema”nın kinoteatrlarda filmizləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “Cinemaya ADDIM-la” adlı layihəsi davam edir. Bu dəfə gənclərlə film izləməyə qonaq qismində müğənni Zamiq Hüseynov olub. “Addım”ın Mətbuat xidmətindən verilən xəbərə görə, layihə çərçivəsində müğənni gənclərlə bərabər amerikalı rejissor Ostin Starkın "Qaçaq" filmini izləyib. Tədbirin əvvəlində “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihənin yeni mövsümdə daha da rəngarəng olacağına vəd verib. O, bundan başqa regionlarda da film nümayişlərinin təşkil olunacağını, hətta bu ay Lənkəran gəncləri üçün ilk nümayişlərin olacağını qeyd edib. Daha sonra müğənni Zamiq Hüseynov fikirlərini bölüşüb.
“Gənclərlə birlikdə film izləməyə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, mən tez-tez kinoteatrlara gəlirəm. Amma gənclərlə kino nümayişi, özü də bu film bambaşqa təəssüratlar yaratdı",- deyə Zamiq Hüseynov fikrini bildirib. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdiriblər.
Qeyd edək ki, “Cinemaya ADDIM-la” layihəsi çərçivəsində nümayiş olunan "Qaçaq" filmində baş rolu əfsanəvi aktyor Nikolas Keyc ifa edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Masallı rayon ağsaqqallar Şurasının yığıncağında
20.08.2019
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir
20.08.2019
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20.08.2019
Bu gündən havanın temperaturu qalxır
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info