Poroşenko Ukraynada dəbdəbə vergisi tətbiq etmək niyyətindədir
Tarix: 04.09.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Pyotr Poroşenko vergi islahatı çərçivəsində ölkədə dəbdəbə vergisinin tətbiq edilməsini vacib sayır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti Milli İslahatlar Şurasının iclasının yekunlarına dair yaydığı məlumatda bildirib.
“Dövlət başçısı zənginliyə və bahalı əşyalara görə dəbdəbə vergisinin tətbiq edilməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilib.
“Vergi qoymanın səviyyəsi iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaratmamalıdır”, deyə Poroşenko bildirib.
O həmçinin qeyd edib ki, vergi islahatı keçirilərkən sosial ödənişlərin, əsasən, pensiyaların azalmasına yol verilməməlidir. “Vergi islahatı təqaüdçülərin və əhalinin aztəminatlı təbəqəsinin hesabına həyata keçirilməməlidir”, deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, vergi siyasəti iqtisadi artıma təkan verməlidir və nəticədə hər bir vergi ödəyicisinə aydın, asan idarəetməyə malik və Aİ tələblərinə uyğunlaşdırılmış vergi sistemi yaradılmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info