Azərbaycanın Gənclər Siyasəti Modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq
Tarix: 04.09.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.
Bu məqsədlə ADTGT 2015-ci ilin sentyabrın 1-dən 3 (üç) ay müddətində davam edəcək, “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.
Layihə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın Gənclər Siyasətini bir Model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal sosial iştirakçılığına nail olaq” devizi və çağırışı altında keçiriləcəkdir. Bu ilin noyabrın 12–18–i tarixlərində “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Sloveniya, Çex Respublikası, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna və Gürcüstan təmsil edəcək 24 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də durur.
Layihə Azərbaycanın Gənclər Siyasəti Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info