Radikalizmə qarşı mübarizədə gənclərin iştirakı artırılır
Tarix: 04.09.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov 03-04 Sentyabr 2015-ci il tarixində ATƏT-in Serbiyanın Belqrad şəhərində təşkil etdiyi “Gənclərin radikalizmlə mübarizəsi” adlı beynəlxalq konfransa qatılıb. Konfransda ATƏT üzvü ölkələrinin və parlament assambleyasının nümayəndələri, ATƏT-in bütün strukturları, dövlət və QHT təmsilçiləri və gənclər-təhlükəsizlik məsələri üzrə elçiləri qatılıblar. Serbiyanın dövlət sarayında baş tutan konfransın əsas məqsədi mövcud ATƏT strukturları çərçivəsində radikalizmə qarşı mübarizədə gənclərin iştirakını artırmaqdır. Konfransda müzakirə olunan əsas mövzular bu gün dünyanın əsas çağırışlarından hesab olunan radikalizm, ekstrimizm və terrorla mücadilədə gənclərin fəal rol almasına nail olmaq və bu sahədə əməkdaşlığı genişləndirməkdir.
Konfransda çıxış edən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov ATƏT üzvü kimi Azərbaycanın radikalizm və terrorla mübarizədə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O, çıxışında qeyd edib ki, bu gün Azərbaycan sülh və tolerantlıq dəyərlərinin inkişaf etdiyi bir məkandır. Baxmayaraq ki, Ermənistan 20 ildən artıqdır ki, qonşu Azərbaycana qarşı ekstremist siyasətindən geri çəkilmir, Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllinə çalışır. Çıxışda eyni zamanda Azərbaycanda dövlətlə QHT-lər arasında radikalizm və dini ekstremizmlə mübarizədə uğurlu əməkdaşlığın olduğu vurğulanıb. Konfrans iştirakçılarına müraciət edən Vüqar Əhmədov Azərbaycanın qərblə islam dünyası arasında körpü rolunu oynaya biləcəyi ilə bağlı sual ünvanlayıb. Qeyd olunub ki, baxmayaraq ki, Azərbaycan gənclərindən “İŞİD”-in sıralarına qatılan gənclər mövcuddur, Azərbaycan dövləti bunun qarşısını almağa çalışır, gənclərin məşğulluğunu artırmaqla bu kimi təhlükəli meyllərin qarşısını almaq istiqamətində öz töhfəsini verir. Bu gün Azərbaycan ABŞ və NATO ilə fəal əməkdaşlıq edərək regional təhdidlərə qarşı, terrorizmlə mübarizədə fəal mübarizə aparır, qərbin antiterror koalisiyasına daxildir.
Konfransın işçi qruplarında eyni zamanda ATƏT ölkələrində radikal ekstremist qrupların ictimai-siyasi həyata nüfuz etməsinin qarşısının alınması, gənclərin sivil formada ictimai-siyasi həyatda iştirakı, zorakılıq, ekstremizm və terrorla mübarizədə gənclər təşkilatlarının dövlət strukturları, təhlükəsizlik, hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq məsələlərinə toxunulub. Bu gün Avropanı cənginə alan miqrasiya axını, gənclər arasında radikalizm meyllərinin gücləməsi təhlükəsi, yoxsulluqla mübarizə və bu kimi vacib məsələlərlə bağlı geniş müzakirələr aparılıb. Konfransın keçirilməsini ATƏT-in radikalizmlə mübarizədə gənclərə böyük önəm verməsinin əsas göstəricisi hesab etmək olar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info