“Kütləvi çıxarış” kampaniyası Zərdabda
Tarix: 04.09.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin rahat və operativ xidməti olan “kütləvi çıxarış” kampaniyasından 4 sentyabr tarixində Zərdab rayon sakinləri yararlanıb. Kampaniyanın əsas cəhəti qeydiyyat xidmətlərini bilavasitə yerlərdə və ünvanlarda əhaliyə çatdırmaqla sosiallığın və xidmətlərdə vətəndaş amilinin, habelə əlçatanlığın artırılmasıdır.
“Kütləvi çıxarış” kampaniyasının regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir.
Kampaniyanın Zərdab rayonunda keçirildiyi müddət ərzində 400-ə yaxın sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 240-a yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-a yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.
Kampaniya çərçivəsində Zərdab rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalanıblar.
“Kütləvi çıxarış” kampaniyası əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir. İndiyədək kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Demək olar ki, bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4750-yə yaxın vətəndaşa xidmət göstərilib. Bu rəqəm onun göstəricisidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı sürətlə yüksəlməkdədir. Qeydiyyata alınmış daşınmaz əmlakın etibarlı və hüquqi təminatlı olması barədə ictimai fikir daha da kütləviləşir.
Qeyd edilməlidir ki, hər bir vətəndaşın dövlət qeydiyyatına alınmış daşınmaz əmlakı, o cümlədən torpaq sahəsi heç bir hüquqi maneə ilə rastlaşmadan istənilən biznes, alqı-satqı, girov və digər iqtisadi əməliyyatlara cəlb oluna və bundan mənfəət əldə oluna bilər.
Xatırladaq ki, ərazi qeydiyyat idarələri ilə yanaşı, artıq “Kütləvi çıxarış” kampaniyasında da “bir pəncərə” prinsipi tətbiq olunur. Vətəndaşlar bu kampaniya çərçivəsində qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqını ödəməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən faydalana bilirlər. Belə ki, vətəndaşlar bir ünvanda sənədlərini təqdim edir, çıxarışlarını əldə edir, kadastr, texniki və ya torpağa dair digər sənədlərin alınması üçün başqa qurumlara getmir.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. Mobil ofislər qeydiyyat xidmətlərini vətəndaşların ünvanına çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Eyni zamanda, daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Vətəndaşlara təkrar bazarda alqı-satqıdan sonra texniki pasportların da dəyişdirilməsinin zəruriliyi çatdırılır. Bununla bağlı vətəndaşlara hüquqi yardımlar göstərilir.
Ümumiyyətlə, 2014-cü ilin aprel ayından tətbiq olunan mobil ofis xidmətlərindən isə bütün respublika üzrə 71 minə yaxın vətəndaş yararlanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info