Zəlzələ nəticəsində bir sıra yaşayış məntəqələrindəki köhnə tikililərdə çatlar əmələ gəlib
Tarix: 04.09.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.
Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.
Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.
Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.
Xəsarət alan yoxdur.
Zəlzələ nəticəsində Ağdaş rayonunda da evlərə yardımçı tikililərə ziyan dəyib. Bir neçə evin divarında çatlar əmələ gəlib, bəzi yerlərdə hasarlarda uçma olub.
Ağdaş rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, zəlzələ zamanı həyacan keçirən bəzi vətəndaşlar həkim yardımı üçün müraciət edib.
Müraciət edənlərin bir çoxu şəkər, təzyiq və ürək xəstələridir.
İki xəstə üçün isə evə həkim çağırışı olub. Təcili yardım həkimləri şəhər sakini Əliyeva Kübra Sədri qızı və Nehrəxəlil kənd sakini Məmmədova Samirə Elxan qızına evində yardım göstəriblər.
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.
Zəlzələ 13 km dərinlikdə baş verib.
Zəlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində də hiss olunub.
Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info