“Çin Rusiyanın əsas tərəfdaşlarından birinə çevriləcək”
Tarix: 05.09.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Bu həftə Rusya ilə Çin dəyəri on milyard dollarlarla ölçülən 20-30 irimiqyaslı kontrakt imzalayacaqlar”

Rusiya ilə Çin arasında getdikcə güclənən strateji tərəfdaşlıq münasibətləri getdikcə Qərb dövlətlərini, xüsusilə ABŞ-ı daha çox narahat etməkdədir. ABŞ kütləvi informasiya vasitələri bu barədə proseslərə diqqəti artırmaqdadırlar.
“Bu həftə Rusya ilə Çin dəyəri on milyard dollarlarla ölçülən 20-30 irimiqyaslı kontrakt imzalayacaqlar”. Bu barədə ABŞ-ın "Stratfor" media qurumu yazır. Qeyd edilir ki, buna baxmayaraq, onlar arasında təfriqələr çoxluğu mövcuddur: “O cümlədən, təbii qazın Çinə axıdılması məsələsində də bu narazılıq duyulur. Buna görə də gözləniləndir ki, iki ölkə ötən ilin mayında imzalanmış daha önəmli kontraktlar kimi razılaşmalara imza atmayacaqlar”.

“Vladimir Putin qeyd etdi ki, Rusiya və Çin strateji alyansın yaradılmasına doğru getməkdədirlər. Bu alyans isə beynəlxalq iqtisadi münasibətlərdə önəmli rol oynayır”

O da qeyd edilir ki, hazırda Rusiya və Çin iqtisadi geriləmə dövrünü yaşayırlar: “Çin özü üçün daha faydalı şərait əldə etməyincə, çoxlu miqyaslı layihələrin maliyyələşdrilməsindən yayınacaq. Uzunmüddətli perspektivdə isə Çin Rusiyanın əsas tərəfdaşlarından birinə çevriləcək. Amma bu, Moskvanın istədiyi kimi sürətli templərlə baş verməyəcək. Ukraynada hakimiyyət dəyişikliyinin ardınca Qərb Rusiyanı təcrid etməyə çalışan vaxtdan bəri Rusiya “Şərqə dönüş” elan etdi. Senyabrın 1-də Rusiya prezidenti Vladimir Putin qeyd etdi ki, Rusiya və Çin strateji alyansın yaradılmasına doğru getməkdədirlər. Bu alyans isə beynəlxalq iqtisadi münasibətlərdə önəmli rol oynayır. Sentyabrın 2-də Putin Çinə səfər etdi və İkinci Dünya müharibəsinin 70 illiyinə həsr edilmiş paradda iştirak etdi.
Gözlənilir ki, Rusiya ilə Çin bu günlərdə 20-30 meqa-kontrakt və razılaşma imzalayacaqlar. Bu kontraktların həm böyük dəyəri, həm də hər iki ölkə üçün böyük önəmi olmamış deyil”.
Daha sonra yazıda iki ölkə arasındakı münasibətlərin inkişaf tarixinə nəzər salınır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info