Dünya bankları qızıllarını ABŞ-dan geri alır
Tarix: 05.09.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dünyanın mərkəzi bankları öz qızıl ehtiyatlarını ABŞ-ın Federal Ehtiyat Sistemindən geri götürməyə başlayıblar. Bu barədə «Vesti» portalı bankın son hesabatına istinadən məlumat yayıb.
Qeyd edilməlidir ki, 1913-cü ildə yaradılan müstəqil federal agentlik Mərkəzi Bankın funksiyaları ilə yanaşı, ABŞ-ın kommersiya bank sistemi üzərində mərkəzləşdirilmiş nəzarəti həyata keçirirdi. Verilən məlumata görə, 2014-cü ildən başlayaraq Federal Ehtiyat Sistemindən 250 ton qızıl geri götürülüb. Bununla belə hazırda burada saxlanılan qiymətli metalın ümumi həcmi 5950 ton təşkil edir.
Xatırlatmaq yerinə düşər ki, bundan bir qədər əvvəl,2008-ci ildə dünyada baş verən qlobal böhran zamanı bu təşkilatdan 400 ton qızıl geri götürülmüşdü. Əgər əvvəlki tendensiya davam edərsə, tezliklə bu vəziyyətin təkrarı haqqında danışmaq mümkün olacaq.
O da qeyd edilməlidir ki, bəzi ölkələr bu təşkilatdan öz qızıllarını geri götürməyə 2012-ci ildə cəhd etmişlər. Belə ki, bu müraciətə ilk qoşulanlar Almaniya, Avstriya, və Niderland dövlətləri olmuşlar. Həmin ərəfədə məlum olmuşdu ki, ABŞ Almaniyanın Federal Ehtiyat Sistemində yığılmış 700 ton qızılını qaytarmaq niyyətində deyil. Auditdən imtina edən təşkilat Almaniyaya məxsus qiymətli metalın yalnız cüzi bir qtsmini bu ölkəyə verdi. Bununla belə, Niderland dövləti ona məxsus olan və təşkilatda saxlanılan 100 ton qızılını geri almağa nail ola bildi.
Bəlkə də elə bunun nəticəsidir ki,son dövrlərdə Federal Ehtiyat Sisteminə inamsızlıq baş qaldırmaqdadır. Sistemin qarşıdakı illərdə saxlama faizini artıracağı barədə məlumatından sonra hətta bu, bəzi dövlətlər tərəfindən etirazlarla qaşılanmaqdadır. Onların iddiasına görə, belə bir addım dünya bazarında sabitliyin pozulması ilə yanaşı, qlobal iqtisadiyyata da ciddi təsir göstərə bilər. Təsadüfi deyil ki, Çin qlobal fond bazarının çökməsində səbəbkar kimi, Federal Ehtiyat Sistemini ittiham edib.
Çin Xalq Bankının rəhbəri Yao Yuydun saxlama faizinin artırılacağı barədə məlumatlara münasibət bildirərkən bunun bazarlarn idarəolunmaz həddə dəyişməsinə gətirib çıxara biləcəyini bəyan edib.
O, sistem tərəfindən belə bir addımın atılmasını ABŞ səhmlərinin düşməsinə gətirəcəyini bildirib. Yuydun fikrincə, belə olan halda ABŞ dünyada aktivlərin satışını təqib etmək məcburiyyətində qalacaq. Bu isə sonda dünya maliyyə böhranının dərinləşməsi ilə nəticələnə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info