“Bu etimadı doğrultmağa çalışacam”
Tarix: 05.09.2015 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında seçki keçirildi və mən Cüdo Federasiyasının prezidenti seçildim. Bu etimadı doğrultmağa çalışacam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rövnəq Abdullayev deyib.
ACF-nin İdarə Heyətinin iclasından sonra federasiyaya rəhbər seçilən R, Abdullayev KİV nümayəndələrinə bildirib ki, əsas məqsəd idmanın bu növünün inkişafına nail olmaqdı. Onun sözlərinə görə, yığmamızın uğurlu çıxışı və yeniyetmələrin bu idman növünə cəlb edilməsi üçün bütün lazımi şərait yaradılacaq.
Prezident 2016-cı ildə keçiriləcək Rio Olimpiadasına 1 ildən az vaxt qalmasına baxmayaraq, maksimum sayda lisenziya qazanacaqlarına inam ifadə edib: “Bəli, Rio Olimpiadasına elə də çox vaxt qalmayıb. Biz indidən növbəti Oyunlarına lazımi səviyyədə hazırlaşmalıyıq. Təbii ki, öncə lisenziyalar qazanmalıyıq ki, sonradan Rioda mükafat əldə etmək şansımız olsun. Cüdoçuların və məşqçilərin çoxusu ilə də yaxından tanışam. Çünki onların əksəriyyəti məhz “Neftçi İdman Klubu”nu təmsil edirlər".
Bununla yanaşı, R.Abdullayev bildirib ki, yığmaya əcnəbi baş məşqçinin gətirilməsi müzakirə mövzusu deyil.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info