6 ayda 181,1 kilometr yol çəkilib
Tarix: 05.09.2015 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. İclas iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov ötən illərdə olduğu kimi, cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.
Vurğulanıb ki, bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir.
Cari ilin son 6 ayı ərzində Prezident İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görüldüyünü bildirən S.Məmmədov, 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 181,1 kilometr yolun tikilib yenidən qurulduğunu, əsaslı təmir olunduğunu, həmçinin 10 yeni körpünün inşa edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7 yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Həmçinin yolların kənarlarında 49 min 523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info