Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransaya səfərə gedib
Tarix: 07.09.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransada silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Azərbaycanın özünəməxsus dini tolerantlıq ənənələrinin təbliği istiqamətində Paris və Strasburq şəhərlərində konfransların və görüşlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etmək üçün Fransaya səfərə gedib. Sentyabrın 10-a qədər davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyəti Avropa Yəhudi İrs gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransında iştirak edəcək, mövzuya dair məruzələrlə çıxış edəcək, həmçinin, yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcəkdir. Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info