Türkiyə 15 əsgər şəhid verdi
Tarix: 07.09.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.
Türkiyənin Anadolu Agentliyinin verdiyi xəbərə görə, Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
Nəticədə şəhid və yaralıların olduğu bildirilir.
Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.
Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.
“Reuters” xəbər agentliyi isə terror nəticəsində 15 əsgərin şəhid olduğunu yazıb.
Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info