17 mindən artıq qaçqın Almaniyaya pənah aparıb
Tarix: 07.09.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Arxada buraxdığımız həftə sonu Macarıstandan Avstriyaya keçən qaçqınların sayı ümumilikdə 17 min nəfəri ötüb. Avstriya Federal Dəmir Yolları şirkətinin məlumatına əsasən, sentyabrın 5-də xüsusi reyslər üçün ayrılmış qatar və avtobuslarla Vyananın Qərb vağzalına təxminən 11 min, sentyabrın 6-da isə 5900 qeyri-qanuni mühacir gəlib. Onlardan cəmi 90-dək şəxs Avstriyanın müvafiq qurumlarına sığınacaq üçün ərizə ilə müraciət edib, qaçqınların mütləq əksəriyyətinin niyyəti isə səfəri davam etdirərək Almaniya ərazisinə keçmək və yalnız bu ölkəyə yetişdikdən sonra rəsmi qurumlara sığınacaq üçün müraciət etməkdir.
Rəsmi Berlinin qaçqınların bu ölkəyə qəbuluna yaşıl işıq verməsindən sonra sadələşdirilmiş prosedurlar əsasında Macarıstandakı minlərlə qaçqın Avstriyadan keçməklə Almaniyaya doğru hərəkətə başlayıb. Onların bir qismi Avstriya sərhədləri istiqamətində yolu piyada qət edib, digərləri isə xüsusi avtobus və qatar reysləri ilə Vyanaya gətirilib, oradan isə Münhen və digər Almaniya şəhərləri istiqamətində yola salınıb.
Qırmızı Xaç, “Diakonie”, “Karitas” kimi təşkilatların çağırışı ilə çoxlu sayda könüllülər qaçqınların müvəqqəti yerləşdirilməsi, gecələmək üçün yerlərin hazırlanması və ilkin təminatı üçün səfərbər olunublar. Yaxın günlərdə qaçqın axınının davam etmə ehtimalını nəzərə alaraq mühacirlərin əsas hərəkət marşrutu üzərində yerləşən Nikelsdorf sərhəd-keçid məntəqəsində və Vyana Qərb vağzalında hazırlıq işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info