“Terrorçular Dağlıca hadisəsinin əvəzini çox ağır ödəyəcəklər”
Tarix: 07.09.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğansentyabrın 6-da axşam Hakkari vilayəti ərazisində, Dağlıca zastavasında çoxlu sayda əsgər və zabitin şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.
R. T. Ərdoğan ATV və “A Haber” kanallarının canlı yayınında hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib: “Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin”.
R. T. Ərdoğan əməliyyatların başladığı gündən bu yana 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.
Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info