Britaniyalıların çoxu Avropa İttifaqından çıxmağın tərəfdarıdır
Tarix: 07.09.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Əgər referendum bu gün keçirilsəydi, britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağın lehinə səs verərdi. “Survation” kompaniyasının “The Daily Mail” qəzetinin sifarişi ilə keçirdiyi sorğudan belə bir nəticə hasil olub. "İnterfaxs" informasiya agentliyi xəbər verir ki, sorğuda iştirak edənlərin 43 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəklədiyini, 40 faizi isə bunun əleyhinə olduğunu bildirib. Bununla yanaşı, sonuncuların 22 faizi bəyan edib ki, əgər Avropanın hazırkı mühacir problemi dərinləşməkdə davam edərsə, fikirlərini dəyişə bilərlər. Respondentlərin 17 faizi suala cavab verməyə çətinlik çəkib. Sentyabrın 3-4-də keçirilən onlayn-sorğuda 1004 nəfər iştirak edib.
Xatırladaq ki, kraliça Yelizaveta bu ilin mayında təəbələrinə Avropa İttifaqına üzvlük məsələsinə dair fikir bildirməyə şərait yaradılacağını vəd etmişdi. Konkret tarix göstərilməsə də, referendumun ən geci 2017-ci ilin sonunadək keçiriləcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info