İnformasiya texnologiyalarının tətbiqi vergiödəyicilərinin işini asanlaşdırır
Tarix: 07.09.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Vergi nəzarəti sistemində informasiya texnologiyalarının tətbiqi AVİS vergi inzibatçılığının tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinin təmin olunmasına, vergiödəyicilərinə geniş çeşiddə elektron xidmətin göstərilməsinə, vergi bəyannamələrinin qəbulu və emalı prosesinin sadələşdirilməsinə imkan yaradıb.Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin hamısı bəyannaməni elektron formada təqdim edirlər.2008-ci ilin əvvəlindən isə ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılıb. Bununla da ƏDV-nin ödənilməsindən yayınma və digər qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin istifadəsinə nail olunub.Eyni zamanda, vergiödəyicilərinə təqdim edilən müasir elektron xidmətlər sırasına elektron vergi-hesab fakturalarının tətbiqi də əlavə edilib. Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergiödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadə etməklə təmin edir ki, bu da vergiödəyicilərinin işini asanlaşdırır. Belə ki, vergiödəyiciləri və digər şəxslər internetlə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini real vaxt rejimində izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilirlər.Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergiödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının tez bir zamanda aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin vaxtında təmin olunmasına yardımçı olur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info