ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin final mərhələsi
Tarix: 07.09.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin final mərhələsi keçirilib. “ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hərəyə bir kitab bölüşək” adlı layihəsinin final mərhələsi baş tutub. ASAN-dan Trend-ə verilən məlumata görə, ümumilikdə müraciət etmiş 346 nəfərdən 15 iştirakçı layihəyə seçilib və onlar arasından 4 nəfər final mərhələsinə keçib. Layihə çərçivəsində iştirakçılar onlara verilmiş müxtəlif kitabların geniş auditoriya qarşısında təqdimatını həyata keçiriblər.
Münsiflər tərəfindən seçilən ən uğurlu təqdimatçı qiymətli hədiyyə, sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, münsiflər heyətində tanınmış jurnalist, blogger, səyahətçi Azər Qəribov, yazıçı, publisist xanım Rəna Yüzbaşı, ASAN Könüllüləri Təşkilatının sədri Fərid Sadıxlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Elçin Hüseynov iştirak ediblər.
1 ay davam etmiş layihədə seçilmiş iştirakçılara “Natiqlik”, “Təqdim etmə”, “Debat” “Kütlə qarşısında çıxış” mövzularında müxtəlif təlimlər keçirilib.
Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info