Naxçıvandaa təşkil edilən təhsil yarmarkasında 136 nəfərə işə göndəriş verilib
Tarix: 07.09.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təhsil yarmarkası keçirilib. Yarmarkada 136 nəfərə işə göndəriş verilib.
Bununla əlaqədar keçirilən tədbirdə muxtar respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək təhsilə göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə son 20 il ərzində muxtar respublikada dünya standartlarına cavab verən, ən müasir avadanlıqlarla təchiz olunmuş 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. 2015-ci ildə də 2 orta ixtisas, 1 peşə, 16 ümumtəhsil məktəbi və yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün binaların tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksək səviyyədə qurulduğunu vurğulayan təhsil naziri bildirib ki, muxtar respublikanın ümumtəhsil müəssisələrinə 3 min 700 dəst kompyuter verilib. Onların 84 faizi internetə qoşulub. Bundan əlavə, ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılıb. Əlaçı şagirdlərdən 828 nəfərinə Ali Məclisin Sədri tərəfindən kompyuter hədiyyə olunub.
Qeyd edilib ki, muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələri ilə 2005-ci ildən ənənəvi olaraq keçirilən təhsil yarmarkaları muxtar respublikada təhsilin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə öz müsbət təsirini göstərib. Gənc kadrların yetişdirilməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxından iştirak edir. 2015-ci ildə də təhsil şöbələri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzlərinin birgə fəaliyyəti nəticəsində muxtar respublika ərazisində yerləşən məktəblərin vakant yerlərinin ixtisaslar üzrə uçotu aparılıb. Müəyyən edilib ki, hazırda muxtar respublikada 19 Azərbaycan dili və ədəbiyyat, 39 xarici dil, 24 riyaziyyat, 10 informatika, 15 tarix, 44 coğrafiya, 21 fizika, 18 kimya, 25 biologiya, 48 ibtidai sinif müəlliminə ehtiyac var. Tədbirdə əminlik ifadə olunub ki, keçirilən təhsil yarmarkası məktəblərin pedaqoji kadrlarla təminatı işində mühüm əhəmiyyət kəsb edəcək.
İşaxtaran vətəndaş İlahə Səfərova təhsil yarmarkasının keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib, bu işdə əməyi olanlara minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info