Çin biznesmenləri dünya daşınmaz əmlak bazarına üz tutub
Tarix: 07.09.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Çin investorları ölkələrindəki qeyri-stabil iqtisadi vəziyyətə görə dünya daşınmaz əmlak bazarına üz tutub. İnvestisiyaların həcmi isə artıq bir neçə trilyon ABŞ dollarına çatır. Biznesmenləri ən çox cəlb edən ABŞ, Böyük Britaniya və Avstraliyanın daşınmaz əmlak bazarlarıdır.
“AS Group İnvestment” şirkəti bildirir ki, mütəxəssislərin rəyinə əsasən, Çin biznesmenləri tərəfindən daşınmaz əmlak bazarında yaradılan bum yaxın müddətdə başa çatmayacaq.
Belə ki, cari ilin iyun ayında Çin fond bazarında 40 faiz enmə qeydə alınıb, keçən ay isə hakimiyyət Çin valyutası – yuanın enməsinə imkan verdi. Mövcud vəziyyətdə daşınmaz əmlak aktivlərinin müdafiəsi üçün ən optimal və təhlükəsiz variantdır. London, Nyu-York və Sidney yaşayış sektoru bazarında Çin investorları xüsusilə aktivdir.
Həmçinin onlar ABŞ daşınmaz əmlak bazarında da əsas oyunçulardır. Burada satışlar son 12 ayda rekord həddə -29 milyard dollara gəlib çatıb. Beləliklə, Rieltorların Milli Assosiasiyasının qiymətləndirməsinə görə, çinlilər ABŞ-da xaricilər tərəfindən alınan daşınmaz əmlakın 25 faizinə sahibdirlər.
Londonda Çin investorları tərəfindən alınan daşınmaz əmlak da eyni göstəriciyə (25 faiz) malikdir. Avstraliyada isə çinlilərə 2015-2020 illərdə satılan mənzillərin ümumi dəyəri 60 milyon dollar təşkil edəcək ki, bu da ötən altı ilin göstəricilərindən iki dəfə çoxdur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info