Bakıda Türkdilli ölkələrin enerji simpoziumu keçiriləcək
Tarix: 07.09.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müşaviri İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub. Görüşdə 2016-cı ildə Bakıda Türkdilli ölkələrin qurultayının və bu tədbir çərçivəsində enerji simpoziumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə indiyə qədər keçirilən qurultayların türk dünyası dövlətlərinin inteqrasiyasına töhfə verməklə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına da müsbət təsir göstərdiyi qeyd edilib. Bildirilib ki, gələn ilin oktyabrında keçirilməsi planlaşdırılan qurultay ərəfəsində enerji mövzusunda ortaq dilə, mədəniyyətə malik ölkələrin elm, iş adamları, mütəxəssislərinin də bir araya gələrək, birgə müzakirələr aparmasına ehtiyac var. Enerjiyə tələbatın bütün dövrlərdə aktuallığı, Xəzər regionunun enerji resursları ilə zənginliyi Bakının belə bir dialoqun mərkəzi olmasını zəruri edir.
İ.Dəmirçi Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin enerji simpoziumunun vaxtının dəqiqləşdirilməsini və hazırlıq işlərinə Azərbaycanın dəstəyini vacib hesab etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Türkiyə ilə birgə strateji layihələrə imza atdığını vurğulayan energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP layihəsi, “Star” neft emalı zavodu, “Petlim” konteyner limanı proyekti və “Petkim” şirkətinə qoyulan investisiyalar bu böyük strateji əməkdaşlığın təməlini təşkil edir. Bir çox sahələrdə olduğu kimi enerji sektorunda da Azərbaycanın digər türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələri mövcuddur və həmin münasibətlər bu tədbirin daha çox dövlətlərin iştirakı ilə baş tutmasına münbit şərait yaradır.
Simpoziumun tarixinin müəyyənləşdirilməsi, proqramının Azərbaycanın Energetika Nazirliyi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə birgə hazırlanması razılaşdırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info