Bakıda FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir
Tarix: 07.09.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Sentyabrın 7-də Bakıda “Kempinski Badamdar” otelində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar işə başlayıb.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə seminar iştirakçılarını salamlayıb, bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.
Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs ediblər. Çıxışlarda Neftçala rayonunda və Bakının Ramana qəsəbəsində neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı FHN-in rəhbərliyi, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən layihələr slaydlar vasitəsilə təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info